Solovyov ermənipərəstliyin haqqını aldı - verilişlərinin yayımı Ermənistanda qadağan olundu
Ermənistan RTR-Planeta telekanalında “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının yayımını qadağan edib.
Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bu barədə özünün sosial media hesabında yazıb. “Qərar Ermənistan və Rusiya arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin 5-ci və 6-cı maddələrinin mütəmadi pozulması səbəbindən qəbul edilib”, - deyə məlumatda bildirilir.
Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da respublikada yayımlanan Rusiya telekanallarını iki ölkə arasında “kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” sazişin 5-ci və 6-cı maddələrini pozmaqda ittiham edib və bu məsələ ətrafında Moskva ilə məsləhətləşmələr aparıldığını bildirib.
Qeyd edək ki, 2023-cü ilin payızında Ermənistanın hakimiyyət orqanları rəsmi şəxslərə qarşı təhqiramiz ifadələrə yol verdiyinə görə Rusiyanın Birinci Kanalında yayımlanan televiziya proqramlarından birinə qarşı iddia qaldırmışdı. Hadisə ilə bağlı Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılmışdı.
ZÜMRÜD