KÖHNƏ VERSİYA            

Qərbin xəyanətkarlığı Ukraynanı yarıyolda qoyur...

Image

Rusiya-Ukrayna müharibəsi, əslində isə Rusiya ilə Qərb arasında qarşıdurma “Crocus City Hall”da baş vermiş terror aktından sonra özünün yeni mərhələsinə qədəm qoyur. Görünən odur ki, bu olaydan sonra Rusiya Ukraynaya qarşı daha kəskin addımlar atacaq. 

Hazırda Rusiya birmənalı şəkildə terror aktının arxasında məhz Ukraynanın dayandığını sübut etməyə çalışır. Bu fonda Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktında Ukrayna izinin olmasını açıqlayıb. Onun sözlərinə görə, bu cür məlumatlar terror aktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılan şəxslərdən alınıb. Bortnikov qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının ölkədə seçki günlərində terror aktının hazırlanması barədə məlumatı olub. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də “Crocus City Hall”da baş verən terror aktında Ukraynanın əli olduğuna dair açıqlama verib. Belə ki, jurnalistin terror aktının arxasında Ukraynanın, yoxsa İŞİD terror təşkilatının dayanması ilə bağlı sualına Patruşev qısa olaraq “Əlbəttə Ukrayna” cavabını verib. Rusiya Qərbin təlimatları əsasında Ukraynanın belə bir addım atdığını da daha çox gündəmə gətirməyə çalışır. Amma Kiyev özü, eləcə də Qərb bunları inkar edir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu xüsusda qeyd edir: “Amerika Birləşmiş Ştatları “Crocus City Hall”da törədilən terror aktında Vaşinqton, London və Kiyevin əli olduğunu inkar edir və bununla bağlı heç bir sübut yoxdur. Əvvəla bu, sadəcə olaraq, doğru deyil. Biz açıq şəkildə bildirdik ki, Ukraynanın bu işə qarışdığına dair heç bir sübut yoxdur”. Amma Rusiyanın artan aqressiyası fonunda Qərb yenə Ukraynanı meydanda tək qoyur. Bu fonda “Politiko” nəşri yazır: “Ukrayna genişmiqyaslı müharibə başlayandan bəri özünün ən təhlükəli dövrünə yaxınlaşır. Sual yaranır: ölkənin özünü itirmək təhlükəsi varmı? Tərəfdaşları ölkəni aktiv şəkildə silahlarla təmin etdi. Zəif rus taktikası və ovaxtkı baş komandan Valeri Zalujnının çevik düşüncəsi sayəsində Ukrayna cəsarəti milləti xilas etdi. Qərb silahları və texnikası böyük miqdarda gəlsə də, heç vaxt tez çatmırdı və çox zaman Rusiyanın eskalasiyasından qorxan, bəzən Kremldən gələn nüvə təhdidlərindən çəkinən həm ABŞ, həm də Avropa liderlərinin şübhələri ilə müşayiət olunurdu. Ukraynalıların mütəmadi olaraq qeyd etdiyi kimi, alınan silahlar ölkənin sağ qalması üçün kifayətdir, lakin müharibədə qalib gəlmək üçün kifayət deyil. Üstəlik, son aylarda silahlar xeyli azalır”. Bu durumda olduqca maraqlı açıqlama Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysldan gəlib. O bildirib ki, NATO keçmiş Yuqoslaviyada etdiyi kimi, indi Ukraynaya da vaxtı keçmiş döyüş sursatları göndərir. O, Kosovoya səfəri zamanı rastlaşdığı bir hadisəni danışıb: “1999-cu ilin iyun-iyul aylarında ilk dəfə Kosovoya bir qrup alman istehkamçı ilə birlikdə getdim. Orada söhbət əsnasında bizə dedilər ki, Serbiyada piyada əleyhinə minalar istehsal olunmur. Bütün bu döyüş sursatları NATO arsenalından idi. Onların partlamamasının səbəbi isə, bu gün Ukraynada olduğu kimi, vaxtı keçmiş döyüş sursatlarından istifadə edilməsi idi. İndi də “Tomahawk” raketləri. NATO “silmək istədiyi” sursatları Ukraynaya göndərməkdədir”. Knaysl qeyd edib ki, tarix bugünə qədər davam edir: “Kosovolular qurban, serblər təcavüzkar idi, indiki vəziyyətdə problemlərə baxanda 1999-cu ildən bəri heç nəyin həll olunmadığını görürük”.

Bunlar o fonda baş verir ki, nə Ukrayna, nə Rusiya, nə də hər iki tərəfin önəmli müttəfiqləri üçün sülh sazişinin bağlanmasına zəmin görünür. Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpası və rus qoşunlarının ölkədən çıxarılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Moskva administrasiyası isə Ukraynanın real ölkə olmadığını və Rusiya qüvvələrinin öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini iddia edir. Min kilometrə qədər uzanan cəbhə xəttinin forması 2022-ci ilin payızından bəri çox az dəyişib. İki il əvvəl genişmiqyaslı işğaldan sonra bir neçə ay ərzində Ukrayna Rusiya qüvvələrini şimaldan və paytaxt Kiyev ətrafından geri qovdu. Həmin ilin sonunda şərqdə və cənubda da geniş əraziləri geri aldı. Bununla belə, indi Rusiya qüvvələri bölgədə möhkəm istehkamlarla məskunlaşıb. Ukraynalılar silah-sursatlarının tükəndiyini deyirlər. Hazırda Ukraynanın, 2014-cü ilin martında ilhaq edilmiş Krım və Rusiyanın az sonra ələ keçirdiyi Şərqi Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi də daxil olmaqla, təxminən 18 faizi Rusiyanın işğalı altındadır. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, son iki il ərzində Ukraynaya böyük miqdarda hərbi, maliyyə və humanitar yardım göndərilib, o cümlədən 2024-cü ilin yanvarına qədər Avropa İttifaqı təsisatlarından təxminən 92 milyard dollar və ABŞ-dan 73 milyard dollar ayrılıb. Amma indi vəziyyət dəyişir. ABŞ Konqresinin Ukraynaya təklif etdiyi 60 milyard dollarlıq yeni yardım paketi daxili siyasi münaqişələrdə ilişib qalıb. Avropa da yardımı azaldır. Sanksiyalar isə Qərb ölkələrinin ümid etdiyi kimi nəticə vermədi və Rusiya həm neftini satmağa, həm də hərbi sənayesi üçün hissələri və komponentləri təmin etməyə davam edir. Siyasi və hərbi analitiklər heç bir tərəfin təslim olmaq istəmədiyini nəzərə alaraq, müharibənin uzun müddət davam edəcəyini təxmin edirlər.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031