KÖHNƏ VERSİYA            

Rusiyada Solovyovkimilərin "erməni missiyası" bitmək üzrədir...

Image

Şakir Ağayev: “Onun kimilərinin Azərbaycana qarşı apardığı bu şərləmə kampaniyası, informasiya təxribatı heç zaman baş tutmayacaq”    

Erməni emissarı, teleaparıcı, jurnalist Vladimir Solovyovun antiazərbaycan mövqeyi uzun illərdən bəridir ki, məlumdur. Rusiyadakı erməni lobbisinin bəsləməsi, avtafa daşıyanı rolunu ifa etməkdən usanmayan Solovyovun Moskvada  “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan “izini” axtarması gülünc görsənir. 

Məlum terror aktında haqsız olaraq Azərbaycan “izini” axtaran teleaparıcının hansı yuvanın quşu olduğu məlumdur. Onun və onun kimilərinin illərdir Azərbaycana qarşı sərgilədikləri qərəzli münasibətdən hər kəsin xəbəri var. Erməni yalına hürməyi özünə adət edən Solovyov çoxdandır ki, onların əlində oyuncağa çevrilib. Bu o Solovyovdur ki, Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serjik Sarkisyan onun sinəsinə “Qaregin Njde” medalı taxıb. “SS”, neonasist Solovyova bu medalın “Ermənistan Respublikasının dövləti və milli maraqlarının müdafiə edilməsinə görə” təqdim olunduğu bildirilirdi.

Bu məxluq həm ermənipərəstdir, həm də faşist. Sinəsində faşist medalı gəzdirən bu muzdlu jurnalistin Azərbaycana qarşı növbəti təxribatı qətiyyən təsadüfi xarakter daşımır. Bu məxluqun  erməni əsilli – rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyi” də çoxdan təsdiqlənib, onların işi birgə dezinformasiya yaymaq, ictimai rəyi tərsinə çöndərməkdir. 

Təbii ki, bunu da havayı etmir, müqabilində külli miqdarda vəsait əldə edir. Gəliri olmasa, erməniləri müdafiə etmək, Azərbaycanı qaralamaq, ölkəmizə şər atmaq onun nəyinə lazımdır ki...

Rusiayada da, Azərbaycanda da, başqa respublikalarda da Solovyovun hansı “məzhəbə” qulluq etdiyi məlumdur. 

Moskvadakı terakta görə Azərbaycanı əsassız olaraq ittiham etməsi onun əsl simasını bir daha açıb göstərir ki, bu məxluq pula görə hər cür simasızlığa əl ata bilir, təki pul olsun, onun kimiləri pula görə atasına belə söyər. Çünki belələrinin heç zaman özlərinin müstəqil fikri olmur, onlar bəlli dairələrin dili ilə danışır, onların sifarişlərini icra edir...

V.Solovyov açıq şəkildə Azərbaycana qarşı informasiya təxribatı aparır, Moskavada törədilən terror aktına görə Bakını hədəfə alır. Solovyov və erməni Simonyanın media prinsipləri ilə bir araya sığmayan fəaliyyətləri, Azərbaycana qarşı şərləmə kampaniyası aparmaları nə deməkdir?

“Hesab edirəm ki, Solovyov etdiyi qərəzli, antiazərbaycan çıxışlarına, bu əsassız ittihama görə də vaxtı yetişəndə Azərbaycandan üzr istəyəcək” 

 “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində   təəssüflə bildirdi ki, Solovyovun antiazərbaycan baxışları bu gün də davam edir. “Rusiyada törədilən və böyük faciə olan terror aktına görə Solovyovun Azərbaycanın adını hallandırması onun antiazərbaycan baxışlarının davamıdır. Təəssüf ki, o, Azərbaycana qarşı qərəzli münasibətini hələ də davam etdirir. Solovyov Vətən müharibəsi dövründə də eyni qərəzli mövqeni tutdu, ölkəmizə qarşı informasiya təxribatı həyata keçirdi. O, həmin dövrdə də bir sıra qərəzli çıxışlar etdi. Azərbaycanın Rusiyadakı səfirliyinin təkidi ilə hətta  bu təxribatçı çıxışlarına görə o iki dəfə üzr istəyib. Solovyov müəyyən qrupların maraqlarına xidmət edir. Söhbət Simonyan, Qabrielyanov kimilərinin təmsil olunduğu qruplardan gedir. Bu gün inkişaf edən Rusiya-Azərbaycan əlaqələrini o qrupları dərindən narahat edir. Bu adamların məqsədi Rusiya və Azərbaycan arasında olan münasibətləri kəskinləşdirmək, ona xələl gətirməkdir. Heç bir jurnalist etikasına sığmayan, heç bir fakta əsaslanmayan qarayaxma kampaniyasından istifadə etməklə bu münasibətləri korlamaq istəyirlər. Rusiyada Azərbaycanın əleyhinə olan Solovyov kimilərini idarə edən müəyyən qüvvələrin, təbii ki, əsas məqsədləri budur”-deyə Ş.Ağayev qeyd etdi.

Ş.Ağayev hesab edir ki, Solovyov, Simonyan kimilərinin apardığı şər kampaniyası heç zaman özünü doğrultmaz: “Onun kimilərinin Azərbaycana qarşı apardığı bu şərləmə kampaniyası, informasiya təxribatı heç zaman baş tutmayacaq.  Çünki Rusiya prezidenti də, Rusiyanın güc nazirlikləri də, Təhlükəsizlik Şurasının katibi də, Təhlükəsizlik Xidmətinin rəhbəri də terror aktının kim tərəfindən necə törədildiyinə müəyyən mənada aydınlıq gətirdilər ki, burada kimlərin iştirakı var və bu terror aktı kimlərin marağında olub. Bu gün Ermənistanın antirusiya siyasəti, Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi təbii ki, Solovyovları, Simonyanları, Qabrielyanovları narahat edir. Azərbaycan-Rusiya münasibətləri isə yüksələn xətlə inkişaf edir. Sözsüz ki, bundan da Azərbaycanı sevməyən insanlar rahatsız olur. Bu qüvvələr Azərbaycana qarşı qarayaxmalarla əslində çörək qazandıqları, işlədikləri Rusiyaya xəyanət etmiş olurlar. Onların bu cür əsassız ittihamları ilk növbədə Rusiya dövlətinin maraqlarına xidmət etmir. Bunlar anlamırlar ki, terror aktından dərhal sonra Rusiyaya birinci başsağlığı verən dövlətlərdən biri Azərbaycan və Türkiyə olub. Həm XİN-lər, həm də dövlət başçıları səviyyəsində başsağlığı verilib. Bu da onları narahat edir. Solovyov kimilərinin bu qərəzli çıxışları nə Rusiyanın, nə də Azərbaycanın siyasətinə təsir göstərə bilər. Hesab edirəm ki, Solovyov etdiyi qərəzli, antiazərbaycan çıxışlarına, bu əsassız ittihama görə də vaxtı yetişəndə Azərbaycandan üzr istəyəcək”. 

Ş.Ağayev əlavə etdi ki, Azərbaycanda tarixən terror təşkilatları olmayıb, terror təşkilatlarının məkanı Ermənistan, onu təşkil edən və həyata keçirən həmişə ermənilər olub.   Ş.Ağayevin sözlərinə görə, Rusiyanın terror üzrə araşdırma aparan mütəxəssisləri də ilk əvvəl bu terror aktında erməni izinin istisna edilmədiyini qeyd ediblər.  “Solovyov yaxşı olardı ki, erməni terrorunun tarixinə baxsın. Azərbaycan özü uzun illərdir ki, erməni teroruna məruz qalıb. Biz bilirik ki, bir millətə qarşı töprədilən terror nədir, bunu özümüz yaşamışıq. Çünki həmişə terrora məruz qalmışıq. Hesab etmirəm ki, Solovyov bunları bilmir, yaxşı bilir. Sadəcə, məqsədi Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031