Ukraynadan Qərbə çağırış - Bizə lənətə gəlmiş "Patriot"ları verin, bombalar başımıza düşür...
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Qərbi Ukraynaya raket əleyhinə müdafiə sistemləri verməyə çağırıb. Kuleba “Politico” nəşrinə müsahibəsində Ukraynanın ən çox “Patriot” tipli raket əleyhinə sistemlərə ehtiyacının olduğunu bildirib.
“Bizə lənətə gəlmiş “Patriot”ları verin. Əgər kifayət sayda raket əleyhinə müdafiə sistemlərimiz, xüsusən də “Patriot”larımız olsaydı, biz təkcə xalqımızın həyatını deyil, həm də iqtisadiyyatımızı məhv olmaqdan xilas edə bilərdik”- Kuleba açıqlayıb.
O bildirib ki, raket əleyhinə sistemlər rus aviasiyasının kütləvi şəkildə hava bombalarından istifadə etdiyi cəbhə xəttində də vəziyyəti yaxşılaşdıracaqdı, bu da işğalçı qüvvələrə üstünlük əldə etməyə imkan verməzdi: “Bu bombalar sadəcə olaraq başımızın üstünə düşür və hər şeyi məhv edir. Mövqelərimizi məhz bu şəkildə itiririk və bunun qarşısını almağın yeganə yolu təyyarələri vurmaqdır. Bizə hava hücumundan müdafiə sistemləri lazımdır”.
TAHİR