NATO sərhədlərinə yaxınlaşan Rusiya raketləri vurulacaq - Polşada danışıqlar gedir...
NATO alyansın sərhədləri yaxınlığında rus raketlərinin vurulması imkanını müzakirə edir. Bu barədə Polşa xarici işlər nazirinin müavini Anjey Şeina açıqlama verib.
O bildirib ki, martın 24-də rus raketi ilə Polşanın hava məkanının pozulması Polşa Silahlı Qüvvələrinin sabitliyi və sayıqlığının sınağı olub.
“NATO-da müxtəlif konsepsiyaların təhlili aparılır. Belə ki, variantlardan biri oxşar raketlərin NATO sərhədlərinə çox yaxınlaşdığı zaman onları vurmaqdır, lakin bu, Ukrayna tərəfinin razılığı və beynəlxalq nəticələri nəzərə alınmaqla edilməlidir. Belə olan halda NATO raketləri rus raketlərini alyansın ərazisindən kənarda vuracaq” - Polşa xarici işlər nazirinin müavini açıqlayıb.
TAHİR