Qırğızıstan öz vətəndaşlarını Rusiyaya səfərdən müvəqqəti çəkinməyə çağırdı…
Qırğızıstan Xarici İşlər Nazirliyi ciddi səbəbi olmayan vətəndaşlara dövlət sərhəddindən keçidin gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana qədər Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
«Martın 22-də «Crocus City Hall” konsert salonunda baş vermiş terror aktı, habelə Rusiyanın bütün ərazisində gücləndirilmiş təhlükəsizlik və antiterror tədbirlərinin tətbiqi ilə əlaqədar Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiya ərazisinə səfərdən müvəqqəti çəkinməyi tövsiyə edir», - XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
«Rusiya ərazisində olan vətəndaşlar kütləvi toplaşma yerlərinə getməkdən çəkinməlidirlər, həmçinin onların üzərində şəxsiyət vəsiqəsi və Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənədlər olmalıdırlar», - XİN-dən qeyd edilib.
ZÜMRÜD