KÖHNƏ VERSİYA            

Kamalə Abiyevanın şeirləri haqqında - Vaqif Yusifli yazır

Image

Kəmalə Abiyevanın şeirlərini otuz ildir oxuyuram, hər dəfə onun  bir şair kimi irəliləyişinin, yeni, təravətli poetik sözünün şahidi oluram. O, müasir qadın yazarları içərisində öz fərdi deyim tərzi ilə seçilir.

Qadın yazarların əksəriyyətinin mövzuları hamımıza yaxşı tanışdır. (mən müasirlərimizi nəzərdə tuturam): Sevgi – məhəbbət, gözəllik, incə-zərif hislərlə bağlı duyğuları, Ana-Qadın ürəyindən qopub gələn sevincləri, kədərləri, Vətən və təbiət sevgiləri daha çox öz əksini tapır. Amma mövzular,  həyata poetik münasibətlərin fərdiliyini inkar etmir. Kəmalə xanım da öz həmcinsi olan yazarlardan məhz fərdi, özünəməxsus dəst-xətti ilə seçilir. İnsan öz sevgisini (qəlbində atəşlər yandıran əsl sevgisini) necə anlamalıdır, onu şeirdə necə canlandırmalıdır? – burada böyük Füzulinin xatırlamamaq olmur: “İldə bir qurban kəsərlər xəlqi-aləm iyd üçün, Dəmbədəm, saatbassat mən sənin qurbanınam”. Amma bu gün insan öz sevgisini belə mübaliğəli şəkildə ifadə edə bilməz. Sadə, səmimi sözlərlə belə deyə bilər:

İlk sevdiyim deyilsən sən,

Sənə qədər nəyi sevdim,

Kimi sevdim, bilmirəm mən.

Bəlkə qışı, qarı sevdim,

Bəlkə də baharı srvdim.

Sənə qədər onu sevdim, bunu sevdim,

Kimisinin gözlərini, kiminin boyunu sevdim

Bəlkə sevdim mən hamıdan çirkinini,

Bəlkə də ən gözəlini?

Amma demə sənə qədər

Sevməmişəm heç birini.

Demə sənə çatanadək bilməmişəm sevgi nədir,

Amma ki, mən səni sevdim.

Hər tikəni, hər parçanı

Gözlərimə, ürəyimə yığdım elə

Səni bütöv sevgim elə.

“Son sevgimsən” adlı bu şeir müasir sevgi poeziyasının xarakterik nümunələrindən biridirmi?  Bu şeirdə bizim klassik poeziyaya məxsus yüksək romantik duyğularla qarşılaşmırıq, amma real və inandırıcı hisslərlə tanış oluruq.

Amma bu sevginin obyekti İnsan deyil, sevgili deyil – Vətəndir.

Niyə yanıldıq? Yox yanılmadıq. Deməli, dünyada Sevgi deyilən bir anlayış təkcə insanların (aşiq və məşuğun) şəxsi münasibətlərinə aid deyil. Sevginin hüdudları və məna dairəsi çox genişdir. Odur ki:

Hər daşını əzizlərəm,

Hər ağrını ovudaram.

Səni bütöv sevəcəyəm ömrüm boyu.

Sən uğruna öləcəyəm,

Sən uğruna yaşadığım varlığımsan –

Səni bütöv sevirəm mən ana Vətən.

İlk sevgilim deyilsən sən –

                     Son sevgimsən

Kəmalə Abıyevanın vətənpərvərlik ruhu ilə aşılanan digər şeirlərində də (“Sən elə azadsan”, “Vətən ətri”, “Vətən savaşı”), POETİK VƏTƏNİ  görürük.

Mən onun Bakıya həsr etdiyi iki seiri haqqında da xoş söz deyə bilərəm. Bu şeirlərdə Bakı məhz Poetik Bakı kimi nəzərə çarpır. Kımalə xanım məlum şablon təsvirlərdən imtina edir.  Bir şeirdə Bakı Xəzər və Günəş obrazları ilə qiyas olunur.

Səhərlər Xəzərdə güzgülənərək,

Qızılı saçların darayır Günəş.

Şirin yuxusundan Günəş hər səhər

Odlu öpüşlərlə oyadar onu.

Bakım min naz ilə durub deyinər

Onun bəxş etdiyi qızılı donu.

Bədii təsvir vasitələrinin mükəmməl nüunələri ilə qarşılaşırıq bu şeirlərdə. İkinci şeir də Bakıya sevgilərin bir ifadəsi kimi diqqəti cəlb edir:

Hər səhərdə sevgim səni,

Hər gecəylə yaşadım mən.

Dalan-dalan, küçə-küçə

Ürəyimə daşındın sən.

Kəmalə Abıyevanın şeirlərin onun daxili dünyası, mənəvi aləminin çırpıntıları,  bu fonda isə həyat və ömür haqqında düşüncələri əks olunur. Özü də bu şeirlər hisslərin səmimiliyi ilə diqqəti cəlb edir. Sanki onun hisslərinin bütün misralarında SƏMİMİYYƏT adlı bir işıq dolaşır.

O üzünü tanrıya tutub deyir ki: “Tanrı mənim sənə şikayətim var”. Səbəb:

Həyat həyat deyil, tilsim olubdur,

Yaxşılar yamana təslim olubdu.

Sevgi də, nifrət də batıb günaha

Haqq da, həqiqət də batıb günaha

Yalanla gerçəyin fərqi bilinmir.

Cavabsız qalıbdı bütün suallar.

Bu səmimi etirafların səsləndiyi “İtirdim”, “Xəyanət”, “Demədimmki”, “Elə darıxdım ki”, “Unut” şeirləri də öz poetik səviyyəsinə görə diqqətdən yayınmır. Bu şeirlər içərisində “Elə darıxdım ki” mənim fikrimcə, Darıxmaq anlayışına yeni poetik məna verir. “Elə darıxdım ki, bu yer üzündə Buludlara dönüb çəkildim göyə. Göydə də  sığmadım sərildim yerə bəlkəı bir damcımı tapasan deyə”.

Bu misralar : “Elə darıxdım ki, mən bu şəhərdə bir küçə, bir qapı olmaq istədim”.

Kəmalə Abiyeva lirik şairdir – bəlkə də, bu fikir bir qədər bəsit səslənə bilər. Çünki haqqında söz aşdığım şeirlər sırf lirika üstə köklənib. Amma bu lirik şeirlərin hamısında bir kimsənin təkrar edə bilməyəcəyi çalarlar var – bu lirikada hisslərin, duyğuların çoxşaxəliliyi ilə rastlaşırıq. Məsələn, “Demədimmi” şeirində vaxt və ayrılıq məfhumları müxtəlif təbiət hadisələri çevrəsində bir-birilə uzlaşır. Yaxud “unut” şeiri dərdin, kədərin, ağrının bir ürəkdə necə cövlan etdiyini poeziyanın kədər vadisinə çəkib aparır.

 Boynu bükük bir atanın

Gözlərindən cığır açan

Bir ananın saçlarında

Dən-dən olan

Dərd gördünmü?

O saçlarda dolandınmı?

Sən kədəri gördünmü heç?

Kədər vətən yarasıdı,

Kədər torpaq ağrısıdı.

Lirika üstə köklənən şair mütləq mahnıya doğru səmt almalı, qəlbindən süzülüb gələn bu lirik hissləri musiqiyə çevirməlidir. Kəmalə xamı neçə gözəl mahnıların söz müəllifidir – bəstəçilər  onun şeirlərinə biganə qalmamışılar. Baxın, onun “Məktəb illəri” şeiri illərdən bəridir ki, gözəl müğəni Lalə Məmmədovanın ifasında səslənir. “Özün günahkarsan”, “Yağış yağır bu şəhərə”, “Bu dünyanı nağıl bilək”, “Bu sevgi”, “Can Azərbaycan” şeirləri gözəl mahnılara çevrilib.

Mən bu yazıda Kəmalə Abiyevanın bütün şeirlərindən deyil, yalnız “Azərbaycan” jurnalında və “Ədalət” qəzetində dərc olunan şeirlərindən söz açdım. Ancaq bir şairi tanımaq və sevmək üçün onun bütün yaradıcılığına müraciət etmək o qədər də vacib deyil. Ən vacibi odur ki, Kəmalə Abiyeva bu gün qadın yazarların içində seçilən fərqlənən istedadlı bir ŞAİRDİR.

Vaqif Yusifli







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031