İrəvanda silahlı şəxslər polis şöbəsinə basqın etdi...
İrəvanın Nor-Nork rayonunda silahlı şəxslər polis bölməsinə hücum ediblər. İnterfax xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib ki, hücumu həyata keçirən üç silahlı şəxsdən qəlpə yarası almış iki nəfəri xəstəxanaya yerləşdirilib.
“Bu gün 3 silahlı şəxs Nor-Nork polis bölməsinə daxil olmağa cəhd edib. Onlar qumbaradan istifadə ediblər və partlayış nəticəsində ikisi yaralanıb və xəstəxanaya yerləşdirilib”, - deyə o, jurnalistlərə bildirib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri polis bölməsinə hücum etmiş 3-cü silahlı şəxsi də zərərsizləşdirib. “O saxlanılıb”, - deyə Ermənistan DİN-in mətbuat katibi Sarkisyan jurnalistlərə bildirib.
Bir sıra KİV-lərin məlumatına görə, polis bölməsinə hücum edənlər bazar günü səhər 50 nəfərə yaxın iştirakçısının saxlanıldığı “Döyüş qardaşlığı” təşkilatının üzvləri olub. Bu gün səhər saatlarında təşkilatın üzvləri demarkasiya və delimitasiya prosesinin aparılmasının və dörd kəndin Azərbaycana təhvil verilməsinin planlaşdırıldığı Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Əskipara (Voskepar) kəndinə girmək niyyətində olublar. Təşkilat bu bölgədə yerli sakinlər də cəlb olunmaqla özünümüdafiə dəstəsi yaratmaq niyyətində olduğunu bildirib.
Lakin “Döyüş qardaşlığı” təşkilatı özünün “Telegram” kanalında polis bölməsində baş vermiş insidentlə bağlı heç bir əlaqəsinin olmadığını açıqlayıb.
ZÜMRÜD