15 yaşlı azərbaycanlı "Crocus"da terror zamanı 100-dən çox insanı belə xilas etdi... - VİDEO
“Crocus City Hall”ın qarderobunda işləyən 15 yaşlı azərbaycanlı İslam Xəlilov terror aktı zamanı 100-dən çox insanı "Crocus City Hall"dan çıxarıb.
Məktəblinin sözlərinə görə, o, işə başlamazdan əvvəl fövqəladə hallar zamanı yerinə yetiriləcək tədbirlərlə bağlı təlim keçdiyinə görə, terror aktı zamanı təlimatda göstərilən qaydalara dəqiqliklə əməl edib.
İslam qorxu və həyəcan içində olan insan kütləsini dar keçiddən “Ekspo” pavilyonunun ərazisinə ötürüb, daha sonra isə xidməti otaqdan keçirərək, təhlükənin olmadığı küçəyə çıxarıb.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.
ZÜMRÜD