“Crocus City Hall”dakı terror aktı ilə bağlı bizə heç bir müraciət daxil olmayıb" - Azərbaycanın Rusiyadakı səfirliyi
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb. Bu barədə səfirliyin yaydığı məlumatda deyilir.
Bildirilib ki, terror aktının qurbanları haqqında ilk məlumatlar yayılmağa başlayan kimi Səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib.
"İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda olmayıb. Lakin ölənlərin siyahısında adı olan 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu, böyük ehtimalla, Rusiya vətəndaşı olan azərbaycanlının adı olub.
Hazırda Azərbaycan Respublikasının Səfirliyi bu məlumatların, o cümlədən, qətlə yetirilən şəxsin meyitinin yeri, habelə mərhumun qohumları və yaxınları haqqında məlumatların dəqiqləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir", - deyə Səfiriyin məlumatında qeyd olunub.
Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölən 41 nəfərin adı açıqlanıb. Siyahıda adı yer alan 1983-cü il təvəllüdlü Vüqar Hüseynovun azərbaycanlı olması ehtimal edilib.
ZÜMRÜD