Moskvadakı terror aktında ölənlərin sayı 133-ə çatdı - YENİLƏNDİ
“Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı 133 nəfərə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Konsert zalında dağıntıların təmizlənməsi zamanı terror aktı qurbanlarının sayı 133 nəfərə çatıb. Axtarış işləri davam edir”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da konsert başlamazdan əvvəl naməlum şəxslər binaya girərək atəş açıblar. Binada yanğın baş verib.
RF Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə 11 nəfərin, o cümlədən terror aktının törədilməsində bilavasitə iştirak etmiş 4 terrorçunun saxlanıldığı barədə məruzə edib.
TAHİR