Moskvada qanlı atışma: azı 40 nəfər həlak oldu, ordu terrorçulara qarşı hücuma başladı! (Yenilənib)
Moskvada "Crocus City Hall" konsert kompleksində qanlı atışma baş verib. Rusiya mətbuatının yaydığı ən son məlumatlarda bu gün baş tutacaq konsertdən bir qədər əvvəl hərbi forma geyinmiş 3 nəfər silahlı şəxsin ətrafdakı insanlara atəş açdığı deyilir. Məlumata görə terrorçuların atəşi nəticəsində ölən insanların sayı 40 nəfərə çatıb. Hazırda konsert kompleksində terrorçularla Rusiya hüquq mühafizə orqanları arasında atışma baş verdiyi deyilir.
***
Yenilənmiş ən son məlumata görə, bir qrup terrorçu konsert kompleksində barrikada qurub. Hazırda ordu qüvvələrinin kompleksdəki terrorçulara qarşı hücuma keçdikləri barədə məlumatlar yayılıb.
***
Ən son məlumatlara görə ölənlərin sayı 40 nəfəri keçib, yaralanan insanların sayı 130 nəfərə yüksəlib. Bu barədə Rusiya teleqram kanalları məlumat yayıblar.
Mətləb