ABŞ Ukraynanı Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa çağırdı - Kiyev yenə geri addım atmadı...
ABŞ Ukraynadan Rusiya neft emalı zavodlarını hədəfə almağı dayandırmasını istəyib. "Financial Times"a danışan rəsmilər hücumların qlobal neft qiymətlərinin artmasına səbəb olacağı ilə yanaşı Rusiyanın cavab tədbirlərdən də narahat olduqlarını da bildiriblər.
Xəbərdə bu il neftin bir barelinin qiymətinin 15 faiz artaraq 85 dollara çatdığı bildirilibi Qəzet bu artımın Baydenin prezident seçkiləri kampaniyasından əvvəl baş verdiyinə diqqət çəkib.
Ukrayna baş nazirinin müavini Olqa Stefanişina da ABŞ-ın onları Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa çağırdığını təsdiqləyib. Stefanişina, bununla belə, mövcud şəraitdə neft emalı zavodlarının qanuni hədəfləri olduğunu deyib.
Qeyd edək ki, Rusiyada benzinin qiyməti son bir həftədə 5 faiz artıb. “Kommersant” qəzeti yazır ki, Nijni Novqorodda “Lukoyl” neft emalı zavoduna pilotsuz təyyarə hücumundan sonra qiymətlər artmağa başlayıb.
TAHİR