Ermənistan Qərblə birgə "aprel hücumuna" hazırlaşır - Rusiya hələ də "yatıb"...
"Doğrudanmı Rusiya Ermənistanın üzərindən Cənubi Qafqazda Fransanın və digər Qərb ölkələrinin həyata keçirməkdə olduqları bu planlara sonadək hərəkətsiz və yalnız ritorik formada reaksiya verəcək? Kreml daha nəyi gözləyir?". Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsindəki paylaşımında yer alıb. A.Quliyev daha sonra yazır: "Ermənistan Avropa Birliyinin Mülki missiya adı altında əslində sabiq kəşfiyyatçı fransız - alman zabitlərini ( əslində kəşfiyyatçıların sabiqi olmur, sadiqi olur, öz peşəsinə sadiqlik) Azərbaycan sərhəddinə gətirdi, KTMT- də fəaliyyətini dondurdu, rus sərhədçilərinə Zvartsnot aeroportunda son qalma müddəti verdi, Zəngəzur dəhlizinə " ruslar nəzarət etməyəcək" mesajı verdi, Avropa Birliyinin missiyasının statusu barədə ötən ilin 20 noyabrında saziş imzaladı və iki gün əvvəl Ermənistan parlamenti həmin sazişi təsdiqlədi. Sazişdə bu Missiyanın " Ermənistanla Avropa Birliyinin siyasi münasibətlərini daha da sıxlaşdırmaq " kimi kifayət qədər şübhəli və hər şeyə imkan açan vəzifəsi barədə maddə var.Tək bu maddənin altında Ermənistan nələr etməyəcək?!....
Rusiyanın bütün bunlara aşırı dərəcədə seyrçi davranması fonunda şirniklənən Ermənistan hakimiyyəti daha da irəli getməyi planlayır.Məlumatlara görə , Brüsseldə Dünya nüvə sammitinə qatılmış Paşinyan apreldə çox təhlükəli bir format görüşündə iştiraka da dəvət olunub .Apreldə ABŞ Dövlət katibi Blinkenin, Avropa komissiyasının sədri Ursulanın, NATO Baş katibi Stpltenberqin və Paşinyanın Brüsseldə bir araya gələcəkləri barədə ciddi xəbərlər yayılıb .Rəsmi təsdiülənmiş başqa bir məlumat da yayılıb ki, Avropa Birliyi Ermənistandakı " Mülki" adlanan missiya üçün 2025- ci ilin fevralına qədərki dövrdə 39 milyon avro vəsait ayırıb.Bu qədər vəsaitin Ermənistanda nəyə sərf olunacağı çox cəlbedici görünür.Hadisələrin təhlili göstərir ki, Qərb Ermənistanla çox ciddi oyunların içində işləyir .Qarşıdakı yaxın dövrdə Ermənistanın Rusiya hərbçilərini ölkədən çıxaracağı və onların yerinə ABŞ- ın , Fransanın hərbçilərini gətirəcəyi gözlənilir.Avropa Sülh fondunun xətti ilə Ermənistan ordusunu gücləndirmək barədə rəsmi müzakirələr elə belə başlamayıb ki....Rusiyanı hərbi cəhətdən Ermənistandan çıxarmaq hələ planların hamısı deyil.Bunun ardınca Qərbin Mərkəzi Asiya dövlətləri ilə eyni ssenarilər üzərində iş quracağı çox da uzaq gələcəyə aid planlar deyil.Bu o deməkdir ki, Cənubi Qafqazın , ardınca Mərkəzi Asiyanın Rusiyanın təsir dairəsindən çıxacağına fantaziya kimi baxmaq düz olmaz.
Bütün bunlar isə Rusiyanın ləng hərəkət etməsi və Ermənistanın anti - Rusiya kursunu açıq şəkildə aparmasının nəticəsi olaraq ortaya çıxır.
Hadisələr ona bənzəyir ki, Ermənistan Rusiyanın ata biləcəyi əks addımlardan artıq çəkinmir və çox arxayın davranır...
Rusiya Ermənistanın kaprizlərinə nə vaxta qədər dözəcək?...."
Mətləb