Putin Ukraynanın hücumlarına görə Rusiyanın bir şəhərini boşaldır - Belqorodda təxliyələr başladı...
Putin son vaxtlar Ukraynanın tez-tez hədəfinə çevrilən Rusiyanın Belqorod şəhəri üçün yeni qərar verib. İki ildən çox davam edən müharibədə son günlər Ukraynanın Belqoroda təkrar hücumları sərhəddə təhlükəsizliyin gücləndirilməsinə səbəb olub.
Kremldə çıxış edən Rusiya lideri Ukraynanın hücumlarına qarşı yeni planlar qurduqlarını ifadə edərək, “Bu asan iş deyil, amma biz bunu edəcəyik” deyib.
Belqorod qubernatoru Viyaçeslav Qladko da şəhərdəki 9 min uşağın evakuasiya ediləcəyini açıqlayıb. Qladko təxliyyələrin günbəgün davam edəcəyini və ilk təxliyənin 1200 nəfərlə məhdudlaşdırılacağını və bunun 2 gündən sonra baş tutacağını bildirib.
Rusiya lideri Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Rusiya-Ukrayna sərhədində bufer zona olmalıdır. Digər tərəfdən, Putin Ukraynanın Qərbin göstərişi ilə terror üsullarına əl atdığını bildirib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) genişləndirilmiş iclasındakı çıxışında Rusiya lideri qeyd edib ki, Qərb müxtəlif transsərhəd radikal terror qruplaşmalarından fəal şəkildə yararlanır, o cümlədən Rusiyaya qarşı təcavüzü təşviq edir.
Dövlət sərhədlərinin, xüsusən də hərbi əməliyyatların aparıldığı bölgələrin möhkəmləndirilməsi üçün çox iş görüldüyünü deyən Putin, Ukraynadan olan nizami hərbi birləşmələrin və xarici muzdluların Rusiya ərazisinə daxil olmaq cəhdlərinin nəticəsiz qaldığını vurğulayıb.
TAHİR