Laçında 32 ildən sonra çərşənbə tonqalı qalandı
Laçın sakinləri illər sonra Baharı öz doğma vətənində qarşılayır. Rayonda "Can Laçın" Novruz Yarmarkası keçirilib. Novruz yarmarkası bayram tədbiri ilə davam edib.
Tədbirdə milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub.
Laçında 32 ildən sonra ilk dəfə olaraq Torpaq çərşənbəsinin tonqalı qalanıb. Bayram tədbirində Novruz tonqalı qalanıb.
Tonqalın ətrafına yığışan Laçın sakinləri yallı rəqsi oynayıblar.
ZÜMRÜD