"Hindistandan gətirilən silahlar yararsız vəziyyətdədir" - Keçmiş erməni nazir
Hindistandan gətirilən silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin yararsız vəziyyətdədir. Trend xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yerli KİV-ə müsahibəsində deyib.
O bildirib ki, əlində Hindistandan gətirilən silahların vəziyyətinə dair yazılı məlumat var.
Xatırladaq ki, ötən ilin noyabr ayında Hindistanın "Munitions India Limited" şirkəti Ermənistana 150 min ədəd 30 və 40 mm çaplı qranat göndərəcəyini bildirib.
Ötən ilin sentyabr ayında isə Hindistanın Ermənistana 5 milyon ədəd 7,62 mm çaplı patron göndərdiyi qeyd olunub.
KİV-in məlumatına görə, 2023-cü ilin ilin avqust ayında Ermənistan Hindistandan altı ədəd 155 mm çaplı "ATAGS" qaubitsa alıb. Bu, Hindistanla imzalanmış böyük müqavilə çərçivəsində Ermənistana daxil olan ilk partiya idi. Müdafiə sazişi Ermənistana 155,5 milyon ABŞ dolları dəyərində 90 ədəd "ATAGS" göndərilməsini nəzərdə tutur. Bundan başqa, növbəti 3 il ərzində Ermənistana mərhələli şəkildə daha 84 qaubitsa çatdırılmalıdır.