Avropa komissiyasının Misirə 7,4 milyard avro yardımının arxasında "qitə marağı" güdülür .....
"Avropa komissiyasının sədri Ursula fon der Lyayen Misir səfərinə çıxıb və Avropa Birliyinin Misirə 7,4 milyard avro yardım göstərməsi barədə müqavilə imzalanıb. Bilirsinizmi bu pulu Misir niyə verirlər?"
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Qəzzada İsrail- HƏMAS müharibəsi, Sudanda vətəndaş müharibəsi getdikcə dərinləşəcək və elə səviyyəyə çatacaq ki, Şərən Avropaya yeni qaçqınlar dalğası bir neçə dəfə artacaq. Misirə bu vəsaiti əsasən Qəzza və qismən də Sudan qaçqınlarını ilkin düşərgə kimi qəbul etməsi və Abropaya buraxmaması üçün verirlər...
Avropa Məşhur "Ərəb baharı" inqilablarından sonra yaranmış qaçqınlar dalğasından hələ özünə gələ bilməyib. Ona görə də milyardlar qoyurlar ki, ikinci dalğa ilə üzləşməsinlər. Ancaq əfsus...
Müsəlman dünyasından qaçqın dalğasının qarşısını almağın yolu bu deyil.....
Nə qədər ki, İsrailin təcavüzü davam edir, nə qədər ki, Qərb ölkələri ikibaşlı oyun oynayır, nə qədər ki, müstəqil Fələstin dövlətinin yaşamaq haqqı tanınmayıb, Şərqə möhkəm sülh gəlməyəcək və qaçqınlar dalğası da kəsilməyəcək.."
Mətləb