Alman kəşfiyyatı Rusiyanın yeni hücumu ilə bağlı tarix açıqladı - Hədəf NATO-dur...
Rusiyanın qarşıdakı iki ildə NATO-ya müharibə elan edə bilər. Bu barədə Almaniya kəşfiyyatının hazırladığı hesabatda bildirilib.
Mümkün müharibənin 2026-cı ildə başlaya biləcəyi bildirilən hesabatda, Rusiyanın əsas diqqətini silah istehsalı prosesinə yönəltdiyi və bunun müharibəyə səbəb ola biləcəyi qeyd edilib.
Hesabat müəllifləri belə nəticəyə gəlib ki, Rusiyanın iki il ərzində Avropaya hücumu “artıq göz ardı edilə bilməz”. NATO-nun da oxşar narahatlığının olduğu, ancaq Rusiya ilə qaynar münaqişəyə girməyə istəkli olmadığı vurğulanıb.
TAHİR