Avropa deputatları Qarabağda erməni abidələrinə kamera quraşdırmağı tələb edir...
Avropa parlamentinin bir neçə ölkədən olan 50 deputatı Şarl Mişelə, Metsolaya və Ursula fon der Layeynə məktub yazıblar. Əsasən Fransadan, Kiprdən, Almaniyadan, İtaliyadan və digər ölkələrdən olan 50 deputat Leksmanın rəhbərliyi altında müraciət tərtib ediblər.
Müraciətdə indiyədək Qarabağ müharibəsi ilə bağlı eşitdiyimiz köhnə cəfəngiyyatlatla bərabər yeni bir absurd təklif də var. Müraciət müəllifləri guya Qarabağda erməni irsinin məhv təhlükəsi ilə üzləşdiyini nəzərə alaraq buradakı bütün erməni dini - tarixi irs nümunələrinə daimi müşahidə kameralarının quraşdırılmasını tələb edirlər.
Baxın...Parisin ortasında bir Azərbaycan irs nümunəsini - Natəvanın heykəlini vandallardan qoruya bilməyənlər neçə min kilometr uzaqlardakı erməni kilsələrinin, xaçkarların müdafiəsinə qalxıblar. Halbuki bu abidələr əvvala alban abidələridir, ikincisi, onlar üçün heç bir təhlükə yoxdur.
Nahid Salayev