Bakıda "İslamofobiya konfransından" günlər sonra BMT eyni mövzuda qətnamə qəbul etdi...
"Martın 15- də BMT - nin Baş Məclisi "İslamofobiya ilə mübarizə tədbirləri" barədə qətnamə qəbul etdi.Bu fakt dünyada, xüsusilə Avropa ölkələrində islamofob zəmində cinayətlərin artdığını sübut etməklə bərabər həm də onun ifadəsidir ki, ən böyük beynəlxalq təşkilat olan BMT təhlükənin dərəcəsinin fərqindədir və beynəlxalq hüquq müstəvisində gərəkli önləyici qərarların qəbul edilməsi barədə çağırışlara həssas yanaşır."
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev yazır:
"Xüsusi qeyd etmək lazımdır ki, bir həftə əvvəl Bakıda İslamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçirildi .Konfransda islamofobiya ayrı- seçkiliyin bir forması olaraq bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirildi .Azərbaycan prezidentinin konfransa müraciətində bu məsələlərə xüsusi yer verilmişdi və bu sətirlərin müəllifi olaraq fb səhifəmdə yazmışdım ki, islamofobiyanın bəşəri cinayət əməli kimi tövsif olunduğu beynəlxalq hüquq sənədlərinin qəbulunda bu kimi faktların təsiri mütləq olacaq...
Bakıda İslamofobiya ilə mübarizə konfransından bir həftə sonra BMT Baş Məclisinin oxşar qətnamə qəbul etməsi məncə təsadüf deyil."