KÖHNƏ VERSİYA            

Makron dünyanı nüvə fəlakətinə sürükləyir...

Image

Özünü dünya ictimaiyyətinə Avropa lideri kimi sırımağa çalışan Fransa prezidenti Emmanuel Makron yarıtmaz xarici siyasəti ilə dünya müharibəsini sürətlə yaxınlaşdırır. Onun son addımları eyni zamanda dünyanı nüvə savaşına sürükləyir. Artıq bəlli olub ki, Fransa qoşunları tezliklə Ukraynada olacaq. 

Fransanın ordu bölmələri Rumıniyaya, oradan da Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya, daha dəqiqi, Odessaya göndərilir. Döyüşə göndərilən bölmələr arasında 2-ci Xarici Piyada Alayının adı xüsusi vurğulanır. Fakt “France 2”yə müsahibəsində Emmanuel Makron tərəfindən də təsdiqlənib. Makronun sözlərinə görə, Fransa Rusiya ilə müharibə aparmır, lakin Qərb onun qalib gəlməsinə imkan verməməlidir. O bildirib ki, son bir neçə ayda Ukraynanın əks-hücum əməliyyatı gözlənildiyi kimi olmayıb və cəbhədə vəziyyət çox kövrəkdir. Dövlət başçısı deyib ki, bu münaqişədə Rusiya qalib gəlsə, o zaman Avropaya inam sıfıra enəcək: “Fransa qoşunları Ukraynada olacaq. Qırmızı xətlər olmayacaq. Mən Fransa prezidentiyəm və mən qərar verirəm. Ukraynanın əks-hücumu Qərbin gözlədiyi kimi keçmədi. Hazırda Ukraynada döyüş zonasında vəziyyət olduqca ağırdır. Rusiya daha böyük ölkədir. Ukrayna çox itirir. İtki 10-a 1 nisbətindədir”. Makron bununla Ukraynanın döyüş zonasında uğurları barədə indiyə kimi deyilənlərin doğru olmadığını bildirib və əslində, Qərb təbliğatına, Ukrayna tərəfinə də ciddi zərər vurub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunlar fonunda bildirib ki,  Emmanuel Makronun Fransa  əsgərlərinin Ukraynaya göndərilməsi ideyası  çoxdan var idi: “Makron və digər NATO siyasətçilərinin Ukrayna ərazisinə kontingent və ya bir növ paramilitar birləşmələrin yeridilməsi ehtimalı ilə bağlı dediyi bütün bu bəyanatlar Ukraynanın qalıqları kimi gördükləri ərazilərin bölünməsi ilə bağlıdır. Ərazi istəkləri Kiyevin niyə hələ də bloka qoşulmağa dəvət edilmədiyini izah etməyə kömək edir. Bütün bunlar NATO üzvləri ilə, həmişə olduğu kimi, saxta bayraq altında baş verir. Onlar Rusiyaya qarşı mübarizə haqqında danışırlar, amma əslində Ukraynanın qalıqlarını öz aralarında bölməyə başlayırlar”. Parisə gəlincə, Zaxarova deyib ki, fransız qoşunları 19-cu əsrin əvvəllərində və 20-ci əsrin əvvəllərində yenidən Rusiyaya hücum edib. "Fransa bunun necə bitdiyini xatırlasa yaxşı olar”. Qeyd edək ki, Napoleon Bonapart 1812-ci ilin iyununda 700000-ə yaxın fransız və müttəfiq qoşunu ilə Rusiyanı işğal edib. Altı ay sonra isə 100000-dən az adamla Niemen çayı boyunca geri dönməyə məcbur oldu. İkinci Fransız ekspedisiyası daha az məlumdur, çünki o, daha qısa olub. 1918-ci ilin dekabrında Antantanın bolşevik inqilabçılarına qarşı müdaxiləsi çərçivəsində 15000-ə yaxın fransız əsgəri Rusiyanın cənubuna daxil olub. Qırmızı Orduya çoxsaylı itkilərdən sonra Fransız ekspedisiyası 1919-cu ilin aprelində geri qayıtmağa məcbur oldu.

İndi də görünən odur ki, Rusiya və Fransa ordusu yenidən üz-üzə gəlir. Hər iki ölkə nüvə silahına malikdir və ondan istifadənin mümkünlüyü barədə də xəbərdarlıq olunub. Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qərbdəki hədəfləri vurmaq üçün silaha malik olduğunu bildirərək, Qərb dövlətlərinin Ukraynaya qoşun yeritməsinin faciəli nəticələri barədə artıq xəbərdarlıq edib: “Qərb dövlətləri başa düşməlidirlər ki, bizim də onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Bütün bunlar həqiqətən də nüvə silahından istifadə edilməsi ilə münaqişə və sivilizasiyanın məhvi təhlükəsini yaradır. Onlar bunu başa düşmürlərmi?”. Bütün bunlar məhz Makronun sərsəm ideyalarından sonra gündəmə gəlib. Elə o səbəbdən Avropanın əksər liderləri, ABŞ başda olmaqla, Makronun ideyasına qarşı çıxıb. Hətta iş o yerə çatdı ki, Makron bu açıqlaması ilə Almaniya Kansleri Olaf Şoltsun qəzəbinə tuş gəldi. Bu narazılıq Fransa-Almaniya münasibətlərində ciddi fəsad yaradıb. Makronun bəlli bəyanatından sonra iki ölkə arasında münasibətlər ən aşağı səviyyəyə enib. Almaniya-Fransa münasibətlərində yaranan gərginlikdən isə uduzan tərəf ilk olaraq Ukraynadır. Proseslər, hətta NATO və Avropa İttifaqı ölkələrinin birliyinə ziyan vuracaq qədər inkişaf etməkdədir. Digər tərəfdən, NATO ölkələri daxilində yaranan narazılıq Rusiyanın lehinə işləyir. Elə bu da Ukraynanı narazı salır. Amerikanın “Politico” qəzeti də yazır ki, Makronun səhvləri Qərbə baha başa gəlir. Qəzet yazır ki, Şolts və Makron arasında Ukraynaya hərbi yardımla bağlı fikir ayrılığı açıq düşmənçiliyə çevrilməyə başlayıb: “Tərəflər əsas olaraq Ukraynaya silah göndərilməsi məsələsində ortaq məxrəcə gələ bilmirlər. Belə ki, Almaniya Ukraynaya “Taurus” raketlərini vermək istəmədiyi bir zamanda, Fransa ölkəyə özünün “SCALP” qanadlı raketlərini göndərmək istədiyini açıqlayıb. Şolts və Makron arasında fikir ayrılığına səbəb olan məsələlərdən biri də Rusiya ilə sərhədə ölkə qoşunlarının göndərilməsidir. Almaniya kansleri dəfələrlə bildirib ki, NATO Ukraynada münaqişə tərəfi olmayacaq, alman hərbçilər isə ölkəyə göndərilməyəcək. Fransa lideri isə Qərb ölkələrinin əsgərlərinin Ukraynaya göndərilmə ehtimalını istisna etməyib”. Hələlik görünən odur ki, Fransa Qərbdə NATO-ya və ABŞ-a qarşı yeni güc mərkəzi formalaşdırmaq istəyir və planlarını həyata keçirmək üçün ən optimal variant kimi Ukraynanı görür. Bu isə Makronun Qərbdə də ciddi tənqid hədəfinə çevrilməsini şərtləndirir.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031