KÖHNƏ VERSİYA            

Qərb Azərbaycan - Ermənistan sülh prosesində əsas maneəyə çevrilir...

Image

Son həftələrdə Azərbaycan Qərbdən ardıcıl olaraq Ermənistanla bağlı xəbərdarlıq alır. Sonuncu belə xəbərdarlıq ötən həftə Avropa Parlamentindən gəlib: əgər Azərbaycan Ermənistana hücum edərsə, ona qarşı sanksiyalar tətbiq edilməlidir. Halbuki, bütün bunların heç bir əsası yoxdur. 

Rəsmi Bakı dəfələrlə, özü də ən yüksək səviyyədə Ermənistana qarşı hər hansı hücum planının olmadığını bəyan edir. Hətta prezident İlham Əliyev bunu Azərbaycanın demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsi olduğunu da bildirib. Lakin bütün bunlara baxmayaraq, ABŞ kəşfiyyatının Ermənistan-Azərbaycan münasibətlərinə dair kəşfiyyat materialları yenə vəziyyətin Qərbdə düzgün qiymətləndirilmədiyini göstərir. ABŞ kəşfiyyatının yeni hesabatında “Azərbaycan və Ermənistan arasındakı münasibətlərin, çox güman ki, gərgin olaraq qalacağı” vurğulanır. Hesabatda deyilir ki, Azərbaycanın Qarabağı geri alması ilə qeyri-sabitlik səngisə də, Azərbaycanın Ermənistana hərbi təzyiq etmək istəyi davam edir: “Rəsmi sülh sazişinin olmaması, orduların bir-birinə yaxın yerləşməsi, etibarlı atəşkəs təminatı mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda ölçülüb-biçilmiş hərbi təzyiqdən istifadə etmək istəyi olduğu kimi qalacaq”. ABŞ kəşfiyyatı hesab edir ki, Azərbaycanın Naxçıvanla birləşmək üçün quru dəhlizinə sahib olmaqda israr etməsi silahlı münaqişə ehtimalını artırır. Söhbət burada Zəngəzur dəhlizindən gedir. Azərbaycan bir hissəsi olan Naxçıvana Ermənistandan keçməklə sərhəd-gömrük nəzarəti olmayan dəhliz istəyir. Ermənistan rəsmi Bakıya yol verməyə hazırdır, ancaq öz nəzarəti altında. Rusiya isə bu yola özü nəzarət etmək istəyir və onun bu istəyi də 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb. Rəsmi Bakı Zəngəzur dəhlizindən öz şərtləri əsasında istifadə etmək niyyətindən geri çəkilmədiyini gizlətmir, amma israrla vurğulayır ki, bunu güc yolu ilə həyata keçirmək istəmir. Belə olan halda Azərbaycanın guya Ermənistana hərbi müdaxilə edəcəyi barədə Qərbdə yayılanlar regionda hadisələrin mahiyyətini təhrif etmək məqsədi güdür və geosiyasi məqsədlərdən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Josep Borrellin bu xüsusda açıqlamalarına diqqət çəkərək qeyd edib: “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”. Dövlət başçısı bu açıqlamanı Azərbaycana qarşı pərdələnmiş təhdid kimi qiymətləndirib. Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin baş şərhcisi Turqut Kərəm Tuncelin fikrincə, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsi ehtimalı yoxdur: “İrəvanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistana genişmiqyaslı hücuma keçəcəyini iddia etməkdə məqsədi həm Qərb dövlətlərindən siyasi və hərbi dəstək qazanmaq, həm də Azərbaycanı Qərb ictimaiyyətinin nəzərində “şeytanlaşdırmaqdır”.

Bakıda yerləşən Topçubaşov Mərkəzinin siyasi şərhçisi Məhəmməd Məmmədova görə, tərəflərin sürətlə silahlanmağa davam etməsi və üçüncü ölkələrin Bakı-İrəvan çəkişmələrindən faydalanmağa çalışması qarşılıqlı inamsızlıq mühitində yeni bir müharibə və ya sərhəd toqquşması ehtimalını artırır. Amma o, eyni zamanda əlavə edir ki, yeni müharibə Azərbaycanın marağına uyğun deyil və Zəngəzur dəhlizinə görə Ermənistana hücum edəcəyi ehtimalı çox azdır: “Hər şeydən əvvəl, Bakıda anlayırlar ki, Ermənistan ərazilərinin işğalı elə bir beynəlxalq reaksiya doğura bilər ki, bu da ilk növbədə Azərbaycanın müstəqil və funksional bir dövlət kimi varlığını sual altında qoya bilər. İkincisi, Bakı Qarabağın tam azad olunmasından sonra regional stabilliyin təmin olunmasında maraqlıdır ki, bu da Orta Dəhliz və COP29 kontekstində ölkəyə yeni investorların gəlməsi və ölkənin beynəlxalq arenada imicinin yaxşılaşması üçün çox önəmlidir”. Təhlilçiyə görə, sərhəddəki son gərginliklər yeni bir müharibənin əlaməti deyil, bunu daha çox sülh müqaviləsinin imzalanması perspektivlərinin azalması kimi dəyərləndirmək lazımdır: “Hazırda Azərbaycan tərəfinin əsas arqumenti odur ki, Ermənistan bu gün bu təklifi dəyərləndirib öz ərazisindən Bakı tərəfindən irəli sürülən şərtlərlə tranzitə icazə versin, yoxsa 30 ildir davam edən izolyasiya daha da uzanacaq”.  Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov da hesab edir ki, Azərbaycan Zəngəzur uğrunda döyüşməyəcək. O, BBC-yə açıqlamasında qeyd edir ki, Ukraynada müharibənin başlamasından sonra Rusiyanın sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə etməsinin nəticəsində iki ölkə arasında ticarət həcmi artıb və bu da Ermənistanın illik iqtisadi artım tempinin yüksəlməsinə səbəb olub: “Ermənistan məhz bu təcavüz şousunu inkişaf etdirərək sanksiyalar məsələsinə göz yumulmasına, həm də Qərb tərəfindən diqqət və dəstəyə nail olur. Sülh sazişi imzalanacağı, təcavüz şousu aradan qalxacağı halda Qərbin, xüsusən də Fransanın Ermənistana diqqəti və hərbi sahədə dəstəyinin miqdarı azalacaq”. Ermənistandan olan siyasi şərhci Hakob Badalyana görə, Cənubi Qafqazda nəqliyyat yollarının açılmasının geosiyasi əhəmiyyəti artıb və bu da problemin həllinin Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxması deməkdir: “Təbii ki, Bakı və İrəvan həll yolunun formalaşmasında əhəmiyyətli rol oynayır, lakin problemin əsas benefisiarları regional güclərdir. Faktiki dünya müharibəsi gedir və bu müharibənin əsas məqsədlərindən biri Çindən Avro-Atlantikaya qədər mühüm kommunikasiya və logistikaya nəzarətdir. Qafqaz ən mühüm regionlardan biridir və burada hansı mərclərin olduğunu təsəvvür edə bilərik”. Türkiyəli siyasi şərhci Turgut Kərəm Tuncelə görə, Zəngəzur dəhlizi açıldığı təqdirdə Ermənistanın 30 ildən artıqdır regionda həyata keçirilən iri infrastruktur layihələrindən kənarda qalmasına və bölgədəki tədricinə son qoyulacaq: “Təcriddən qurtulub regiona inteqrasiya olan Ermənistanın belə bir vəziyyətdən siyasi və strateji üstünlüklərlə yanaşı, iqtisadi səmərə əldə edəcəyi və Ermənistanın Cənubi Qafqazın nəqliyyat qovşağı olması ilə təhlükəsizliyini də gücləndirəcəyi izah edilməlidir”. O qeyd edir ki, Türkiyə Cənubi Qafqazda genişmiqyaslı münaqişənin baş verməsini istəmir. Bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib ki, Ermənistan bu layihəni təsdiqləməsə, alternativ olaraq, İran üzərindən keçən yola üstünlük veriləcək. Bakı və Tehran bir müddət öncə İrandan keçməklə Naxçıvanı Azərbaycana birləşdirəcək yeni yolun tikilməsinə razılaşıb.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031