KÖHNƏ VERSİYA            

Moskva İrəvanın bu hərəkətlərinə də sakit qalsa...

Image

“Böyük Britaniya müdafiə nazirinin müavininin sözləri Qərbin Ermənistanı Rusiya Federasiyasına qarşı alətə çevirmək istəyinin birbaşa təsdiqidir”. Belə bir açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyi çıxış edib. 

Rusiyanın xarici siyasət idarəsinin şərhində bu xüsusda daha sonra qeyd olunur: “Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”. O da bildirilib ki, bu vəziyyət İrəvandakı məsul siyasətçilərin düşünməsi üçün əsasdır. Qeyd edək ki, Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözlərinə görə, London Rusiyadan gələn təhlükələr qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurmaq istəyindədir. London İrəvanın bu qərarını Ermənistanın suveren hüququnun həyata keçirilməsi kimi qiymətləndirib: “Böyük Britaniya KTMT üzvlüyünün dondurulmasını Ermənistanın suveren hüququnun həyata keçirilməsi kimi tanıyır və Rusiyadan gələn cavab tədbirləri təhlükəsi qarşısında onu dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə əməkdaşlıq edəcək”. Hippi bu barədə deputat Robert Baklandın sorğusuna yazılı cavabında danışıb. Parlamentari Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı təqdirdə Böyük Britaniyanın müdafiə sənayesinə potensial faydalar barədə sual verib. Hippi qeyd edib ki, istənilən fayda Böyük Britaniyanın imzaladığı ATƏT-in silah embarqosunun razılaşdırılmış hüdudlarına uyğun olmalıdır. Eyni zamanda o vurğulayıb ki, London əməkdaşlığın dərinləşdirilməsi imkanları fonunda Ermənistanla yaxından işləməyə davam edəcək. Ceyms Hippinin açıqlamalarına istinad edən erməni politoloq Suren Surenyants qeyd edib: “Qərb tərəfdaşları son dərəcə “səmimidirlər”. Onlar Azərbaycandan gələn təhdidlər qarşısında bizi dəstəkləmək fikrində deyillər, amma bizi ruslardan “qoruyurlar” və bu yolla bizi “ümid astanasına” – Ankaraya doğru sürükləyirlər. “Rus boyunduruğunu” atmaq üçün bizə belə zəmanətlər verirlər. Bizə açıq şəkildə Ukrayna-2 olmağı təklif edirlər. Və bu halda Qərbi bu prosesin nəticəsi deyil, Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnə biləcək prosesin özü maraqlandırır. Axı Qərb mərkəzlərinin məqsədi regionda Rusiya və İranın təsirini zəiflətməkdir. Və bunun nəticəsində erməni xalqının və ya Ermənistanın başına nə gələcəyi isə onları qətiyyən maraqlandırmır. Həm də ona görə yox ki, onlar erməni xalqının “şər” və ya “düşmənləri”dirlər. Qətiyyən. Sadəcə olaraq Qərbin Türkiyə və Azərbaycanla qarşıdurmada bizi dəstəkləməkdə heç bir siyasi marağı yoxdur. Qərb eksklüziv olaraq bizim “anti-Rusiya” potensialımızla maraqlanır. London Rusiyanın təhdidlərinə, sırf nəzəri xarakter daşısa da, dərhal reaksiya verir. Bununla belə, onlar Bakının bizim qarşımızda tələblərini tamamilə qanuni hesab edirlər”.

Bunlar fonunda ehtiyatda olan erməni general-mayor İşxan Matevosyan etiraf edir ki, Ermənistan böyük güclərin əlində növbəti vasitəyə çevrilib: “Dövlətimizin ətrafında və ümumilikdə Cənubi Qafqazda yaranmış son dərəcə təhlükəli vəziyyət bir günün işi deyil, çoxdan başlayıb”. Onun sözlərinə görə, Ermənistandakı vəziyyət hazırkı hakimiyyətin siyasi dəhşət nümayiş etdirən fəaliyyətinin və apardığı siyasətin nəticəsidir: “Regionda qüvvələrin və reallıqların düzülüşü bir gündə, nə dünən, nə də bir ay əvvəl formalaşmayıb. 2018-ci ildən formalaşıb və dövrün hakimiyyətinin antimilli siyasətinin nəticəsidir. Artıq heç kimə sirr deyil ki, bu hakimiyyət Ermənistanın maraqlarından başqa hər hansı digər güc mərkəzinin maraqlarına xidmət edir. Bu, bir qayda olaraq, Ermənistanın mənafeyinin ziyanına və onun hesabına həyata keçirilir”. Matevosyan bildirib ki, ölkə Ermənistandan başqa hər kəsin maraqlarının təmin olunduğu xarici rəhbərlik rejiminə verilir. Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan qeyd edir ki, bu halda Rusiya İrəvana qarşı daha sərt addımlar atmaq məcburiyyətində qalacaq: “İrəvanın “Zvartnots” hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Rusiya tərəfinə müraciətdən sonra Ermənistandakı Rusiya bazasının bağlanması məsələsi gündəmə gəlib. Erməni mediası hökumət nümayəndələrinin artıq 102-ci bazanın Ermənistandan çıxarılmasının vaxtı çatdığı barədə müzakirə apardıqları məlumatını yayıb. Beləliklə, rus sərhədçilərin çıxarılmasının ardınca 102-ci bazanın bağlanmasının hədəfləndiyini açıqlayırlar. Paşinyan bu addımı atacaq, ancaq Rusiyanın da cavabı olacaq. Artıq bir neçə gündür ki, Larsda vəziyyət kifayət qədər gərgindir: Rusiya tərəfi bəzi maşınları buraxır, bəzilərinə süni maneələr yaradılır və bu yanaşmalar daha da sərtləşəcək”. Zöhrabyan Rusiyanın əlində ciddi iqtisadi təsir vasitələri olduğunu, Rusiyada 3 milyondan çox erməni yaşadığını da xatırladıb. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da  etiraf edir ki, 102 saylı hərbi bazanı Gümrüdən çıxarmaq istəyirlər: “Biz belə şeylər deyəndə deyirlər ki, siz rusiyapərəstsiniz. Bəs necə olaq, türkpərəst olaq? Rusiyapərəstsiniz nə deməkdir? Qaçacaqlar. Rusları “Zvartnots”dan çıxarırlar ki, özləri lazım olanda qaça bilsinlər”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031