“Fənərbağça” darmadağınla qalib gəldi
Futbol üzrə Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib. Ən maraqlı qarşılaşma "Fənərbağça" və "Pendikspor" arasında baş tutub. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyunlarında "Kasımpaşa" "İstanbulspor"u, "Samsunspor" "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edib. "Kayserispor" - "Hatayspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.
Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 76-ya çatdıran "Fənərbağça" 2-ci yerdədir. Turnir cədvəlinə isə 78 xalla "Qalatasaray" başçılıq edir.
Mətləb