Misirə silah dalınca gedən Paşinyan kor-peşman qayıtdı...
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə hakim “Vətəndaş sazişi” Partiyasının nümayəndələri ilə qapalı görüşündə Misirə ikigünlük rəsmi səfərindən məyus olduğunu gizlətməyib.
Erməni KİV-i yazır ki, bu, Misir prezidentinin ötən ilin yanvarında Ermənistana səfərinə cavab səfəri olub. Lakin hakimiyyət Paşinyanın səfərinə müəmma və həddindən artıq ciddiyyət qatmağa çalışıb, hətta silah alqı-satqısına dair sövdələşmənin müzakirəsinin mümkünlüyü barədə də şayiələr yayılıb: “Lakin baş nazir səfəri sıradan bir səfər adlandırıb və hətta məyusluğunu belə gizlətməyib ki, bu səfərdən dövlət vəsaitinin israf edilməsindən başqa heç nə əldə edilməyib”.
ZÜMRÜD