" Toplum TV" ətrafında siyasi manipulyasiya süni qızışdırılır...
Bəhruz Quliyev: "Azərbaycanda media tam azaddır”
Azərbaycanda “azad media” adına iddialı olan bəzi media qurumları var ki, onların fəaliyyətində Qərbdəki qüvvələr, antiazərbaycan ölkələr öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Azad media, söz azadlığı kimi məfhumlardan sui-istifadə edən qüvvələrin “Abzas media” və “Toplum TV” ətrafında manipulyasiya yaratması faktı diqqətdən yayınmır. Yəni "Toplum TV" ətrafında siyasi manipulyasiya süni qızışdırılır. Xaricdən idarə olunan şəbəkələrin, ölkəmizdə xaos yaratmaq niyyətində olan qərblilərin əlində alət olan, onlardan maliyə və tapşırıq alan bəzi media adına iddialı qurumlar, məlumdur ki, ancaq ölkəmizə qarşı mənfi rəy yaratmaqla məşğul olublar. Amma hər dəfə də şər şəbəkəsinin təxribatçı planları baş tutmamış qalır. Qərb şəbəkələrinin öz təxribatlarını həyata keçirmək üçün bəzi yerli media qurumlarını ələ almaq cəhdləri də müşahidə olunmaya bilmir.
“Toplum TV” və “Abzas Media”nın bəzi əməkdaşlarının həbs edilməsi Azərbaycanı istəməyən bir çox qüvvələrə onların danışması üçün şans verib. Amma onlar Azərbaycanda dövlətin və hər bir vətəndaşın təhlükəsizliyinin dövlətin ümdə vəzifəsi, prioritet istiqamətlərindən biri olduğunu bilmirlər".
Bu fikirləri baki-xeber.com-a şərhində SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
“...Qərbdən siyasi manipulyasiyalar etməyə çalışmaları qəbulediməzdir”
Onun sözlərinə görə, “Toplum TV”, “Abzas media” əməkdaşları barəsində konkret olaraq qaldırılan cinayət işi göstərir ki, onlar Azərbaycan əleyhinə aparılan kampaniyanı həyata keçirən missionerlərdir: Əgər missionerdirlərsə, deməli, ölkəmizdə faktiki olaraq Qərbin agentura şəbəkəsinin qolu kimi fəaliyyət göstərirlər. Bu səbəbdən də Azərbaycanda təhlükəsizliklə bağlı həyata keçirilən işlərə Qərbdən siyasi manipulyasiyalar etməyə çalışmaları qəbulediməzdir. Çünki Azərbaycanda kifayət qədər söz, media azadlığı, insan hüquqları təmin edilib. Qərb qüvvəsinin Azərbaycanda həyata keçirə bilmədiyi inqilab təhdidini sözügedən qurumların “boğulma”sı kimi dəyərləndirir. Amma bu qəbuledilməz faktdır".
Baş redaktor olaraq düşünürəm ki, Azərbaycanda media azaddır, hüquqi-normativ aktlar və dövlətin dəstəyi var: yəni inkişafı bəhanə edərək, dünyada baş verən “narıncı inqilabı” ölkəmizə gətirmək üçün çalışmaq lazım deyil. Bu düzgün yanaşma deyil və Azərbaycan buna imkan verməyəcək. Azərbaycanda liderlə xalq arasında qarşılıqlı hörmət və rəğbət var, bunu görmək üçün təkcə seçki nəticələrinə baxmaq belə kifayət edir. Buna görə də Azərbaycanla təhdid dili ilə danışmaq mümkün deyil. Azərbaycanda təhlükəsizliyin qorunması üçün atılan bütün addımları dəstəkləyirəm. Hesab edirəm ki, xalqın və dövlətinin təhlükəsizliyi hər şeydən üstündür".
İradə SARIYEVA