Bayden istəsə Natenyahunu Qəzzada qətliamı dayandırmağa məcbur edə bilməz?....
ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqdəki vəziyyətlə bağlı bir-birinə zidd bəyanatlar səsləndirməsi, özünü humanist lider kimi göstərməsinə rəğmən bu istiqamətdə heç bir real addım atmaması diqqətlərdən yayınmır. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "Baydenin bu ziddiyyətli siyasətinin adı nədir?
Konqresə illik müraciətində dedi ki, Qəzzaya dəniz yolu ilə humanitar yardım göndərəcəyik, dənizdə humanitar yardım üçün müvəqqəti liman tikəcəyik və sair. Bir yandan bunları deyərək özünü Qəzza xalqına humanist kimi tanıtmaq istəyir, digər yandan İsrailə "Qəzzada humanitar fəlakəti və qətliamı dayandır" demir, istəsə Natenyahuya təsir göstərə bilər. Belə ziddiyyətli siyasətin arxasında maraqlar dayanır. İsraili "əl qoçusuna" döndəriblər, Qəzza xalqını da "himayə" altına almaq istəyirlər....
O istəsə Natenyahuya təsir göstərə bilər..."
Mətləb