Moskvadakı ABŞ və Britaniya səfirlikləri mümkün terror aktları barədə xəbərdarlıq etdi - yaxın 48 saatda...
ABŞ-ın Moskvadakı səfirliyi şəhərdə terror hücumunun planlaşdırıldığını bildirərək vətəndaşlarına xəbərdarlıq edib. Səfirlik bütün ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə və insanların sıx olduğu yerlərdən uzaq durmağa çağırıb.
“Səfirlik ekstremistlərin Moskvadakı böyük yığıncaqlara, xüsusən də konsertlərə hücumlar planlaşdırması ilə bağlı xəbərləri izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük yığıncaqlardan uzaq durmağı tövsiyə edir” – səfirliyin bəyanatında deyilir.
Böyük Britaniya səfirliyi də oxşar bəyanat yayıb.
Ancaq ABŞ və Britaniya səfirlikləri mümkün terror hücumları ilə bağlı heç bir detal açıqlamayıb.
TAHİR