Fermer qiyamları Avropadan Ermənistana da sıçradı...
Erməni fermerlər bu gün Martuni- Vardenis yolunu bağlaylblar.Tələblər eynilə Avropa fermerlərinin ötən ildən başlanmış etirazlarının tələbləri ilə eynidir. Erməni fermerlər bildirir ki, onların məhsuluna tələb azdır, qiymət aşağıdır, hökumət isə heç bir dəstək vermir və bazar yaratmır, mallarını sata bilmirlər. Fermerlər bildirib ki, kartof, kələm artıq xarab olmağa başlayıb.
Martuni meri fermerlərdən 5 gün vaxt istəyib və onlara problemin həllini vəd edib. Bundan sonra aksiya dayandırılıb. Avropanın, xüsusən də Fransanın problemləri yavaş - yavaş Ermənistanı bürüyür.
Nahid Salayev