KÖHNƏ VERSİYA            

Azərbaycan Avropa ilə 3-cü enerji dəhlizini açmağa hazırlaşır...

Image

Məlum olduğu kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bu hal martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir daha diqqət mərkəzinə gəldi.

Qeyd edək ki, toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Bu bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Onu da vurğulayaq ki, sözügedən tədbirin həmsədrləri olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson forumun yekunları ilə bağlı mətbuat üçün bəyanatla çıxış edib. Həmsədrlər bildirib ki, görüşdə Avropa İttifaqı və Azərbaycanın əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatı, bərpa olunan enerji istehsalının stimullaşdırılması, enerji səmərəliliyi, hidrogen, metan emissiyalarının azaldılması və ətraf mühitin qorunması mövzularını əhatə edən energetika sahəsində strateji tərəfdaşlıq əlaqələrinə mütləq şəkildə sadiq olduqları bir daha təsdiqlənib: “2023-cü ildə Avropa İttifaqına Azərbaycandan təqribən 12 milyard kubmetr təbii qaz tədarük edilib. Bu da 2021-ci ildən bəri 45 faizdən çox artım deməkdir. Ümumilikdə, Azərbaycan 2023-cü ildə Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Serbiya bazarlarına təqribən 23,9 milyard kub metr təbii qaz ixrac edib”. Həmsədrlər bildirib ki, iştirakçılar Azərbaycandan Avropa İttifaqına tədarük olunan qazın həcmini daha da artırmaq məqsədilə müvafiq infrastrukturu və qaz yataqlarını inkişaf etdirmək üçün görülən cari işləri müzakirə ediblər. Sənəddə həmçinin “Həmrəylik halqası” təşəbbüsü, o cümlədən Bolqarıstan-Serbiya İnterkonnektorundan və Transadiatik-Balkan boru kəmərindən bəhs olunub. O da deyilir ki, ölkələr, maliyyə institutları və şirkətlər Xəzər regionunun bərpa olunan enerji potensialının səfərbər edilməsində, o cümlədən enerjinin istehsalı və ötürülməsi imkanlarının genişləndirilməsində və hidrogen və digər bərpa olunan yanacaq növlərinin rolunun nəzərə alınmasında fəal rol oynamağı öhdələrinə götürüblər. Sonda həmsədrlər Avropa İttifaqı və Azərbaycan tərəfləri arasında dənizdə külək enerjisinin inkişafına dair biznes və investisiya dəyirmi masasını çağırıblar. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, bu toplantı miqyasına görə indiyədək olan toplantıların ən böyüyü idi: “3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi kimi bir infrastrukturu ortaya qoymaq, 7 dövlət və şirkətlər arasında məsələləri çevik həll etmək üçün 2015-ci ildə yaranan Cənub Qaz Dəhlizi Məşvərət Şurasına maraq daha artmaqdadır. Bunu 10 illlik yubiley iclası bir daha sübut etdi”. Təhlilçi qaz dəhlizinə maraqların artmasının səbəblərindən danışarkən deyib ki, hələ Cənub Qaz Dəhliznin birinci hissəsi istismara verilib: “Bu dinamik inkişaf edən layihədir. Bakı görüşündə qeyd etdilər ki, 2025-cilin sonunadək Cənub Qaz Dəhlizinin buraxılış gücünün 1,2 milyard kub metr artırılması gözlənilir. 2027-ci ilin sonunadək isə buraxılış gücü iki dəfə artırılacaq. 2020-ci ildə bu kəmərin Avropaya gedən TAP hissəsinin buraxılış gücü 10 milyard kubmetr idi, bu gün artıq daxili imkanlar və qurğulardan səmərəli istifadə sahəsində 11,8 milyard kub metr qazı ötürülür”.

Espert qeyd edir ki, yeni bir ölkə, yəni Albaniya Azərbaycan qazı alacaq: “İtaliya Azərbaycandan 8 milyard kubmetr qaz alırdısa, daha bir milyard kub metr qaz alacağını artıq təsdiq edib. Bundan əlavə Serbiya, Macarıstan, Slovakiya qaz alacaq. Bunlar isə Azərbaycan qazının Avropaya ixracının həcminin artırılması deməkdir. 2023-cü ilin nəticələrinə görə Avropa İttifaqına boru kəmərləri vasitəsi ilə qaz ixracında Azərbaycan 5-ci yerdə olub. Ola bilsin ki, gələn il Azərbaycan Avropaya Rusiyadan daha çox qaz ixrac edəcək”. 

Bununla yanaşı, Avropa İttifaqı 2050-ci ilədək resurs enerjisindən imtinanı qərara alıb: “Avropa İttifaqı o dövrədək təbii qazdan asılılığını azaltmaq yolunu tutub. Azərbaycandan hələ yalnız “Şahdəniz” yataqının qazı Avropaya ixrac edilir. Yeni resurs mənbəyi olaraq “Abşeron” yatağının ikinci mərhələsindən çıxan qaz tamamilə Avropa bazarına yönəldiləcək. Bundan əlavə bir il sonra Azərbaycanın bir nömrəli neft bloku olan “Azəri-Çıraq-Günəşli” yatağı həm də təbii qaz istehsalçısı kimi bazara çıxacaq. Burada 2024-cü ilin dördüncü rübündə ilk istismar quyusu qazılacaq və 2025-ci ilin birinci rübündə ixrac üçün təbii qaz çıxarılacaq”. Təhlilçi hesab edir ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcədə də yaşıl enerji ixracatçısı ölkəsinə keçəcək: “Bu baxımdan Azərbaycan Avropa ilə üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür. Bakıdakı görüşdə də Qara dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı oldu. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən Qazaxıstan və Özbəkistan bu görüşlərdə aktiv iştirak etdi”. İlham Şaban “Amerikanın səsi”nə açıqlamasında deyib ki, Avropanın Türkmənistan qazını almasına maraqlarının olmasına baxmayaraq, Türkmənistan Bakı toplantısına qatılmayıb: “Onun əvəzində Özbəkistan və Qazaxıstan fəal olub. Hazırda dünyada yaranmış siyasi-iqtisadi qeyri-müəyyənlikdə Xəzərin şərq sahili ilə qərb sahilini artıq boru kəməri deyil, elektrik enerjisi kabelinin birləşdirəcəyi reallığı üzə çıxır”. Beləliklə,  proseslər Avropanın Azərbaycan qazına və “yaşıl enerjisinə” də daha çox ehtiyacının olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil Avropa ilə iqtisadi münasibətlərin genişlənməsində mühüm şərt kimi çıxış edir. 

Ramil QULİYEV







VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Azərbaycan daha bir Avropa ölkəsinin enerji təhlükəsizliyini üzərinə götürdü...

İran Azərbaycanın tibb və doktorantura diplomlarını etibarsız saydı - rəsmi cavab veriləcəkmi?

51 milyon manat Azərbaycandan necə gizlədilib?..

SON XƏBƏRLƏR

02.12.2024 | 23:09
Fransada Makronun hökuməti devrilə bilər - müxalifət hazırlıqlara başladı...

02.12.2024 | 22:35
Emin Ağalarov Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçildi

02.12.2024 | 21:38
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə danışdı

02.12.2024 | 21:10
Paşinyanın Putinə qarşı yeni gedişləri - Moskva isə hələ də İrəvanı müttəfiq sayır...

02.12.2024 | 20:54
Azərbaycan daha bir Avropa ölkəsinin enerji təhlükəsizliyini üzərinə götürdü...

02.12.2024 | 20:39
ABŞ, Türkiyə, Rusiya, İran və İsrail Suriyanı bölüşdürür - Əsədin sonu çatdı...

02.12.2024 | 20:25
Gürcüstan diplomatları Qərbin təzyiqləri altında istefa edir?..

02.12.2024 | 20:12
Gürcüstanda köhnə prezident getmir, yenisi gələ bilmir - Qərb prosesləri buxovladı...

02.12.2024 | 19:57
Rusiya “İctimai forumla” Ermənistandan nə qoparmaq istəyir...

02.12.2024 | 19:43
Tramp dolların qlobal iqtisadi hegemonluğunu güzəştə getməyəcək... İş başladı...

02.12.2024 | 19:29
Dini-milli tolerantlıq dinamik tərəqqinin təməl sütunlarından biridir - Azərbaycan nümunəsi...

02.12.2024 | 19:16
Bayden hökuməti oğlunun xatirinə ABŞ demokratiyasını rüsvay etdi - həm də gedər ayaqda...

02.12.2024 | 19:02
Avrokomissiyanın sədri dəyişildi - Azərbaycana münasibət də dəyişəcəkmi?

02.12.2024 | 18:48
Tiflisdəki proseslərin başında duran Qərb rezidenti məlumdur...

02.12.2024 | 18:40
YAP bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahı yaratdı

02.12.2024 | 18:35
Azərbaycan Tiflisdə Qərbin qarmaqarışıq oyunlarına laqeyd ola bilməz - bu səbəblərdən...

02.12.2024 | 18:30
"Bakı-Xəbər"in əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu

02.12.2024 | 18:21
Suriyanın Hələb şəhərində maraqlı hadisə - Hafiz və Bəşər Əsədlərin fotosu.....

02.12.2024 | 18:21
Şəkər testləri 1 aydır apteklərdən yoxa çıxıb - xəstələr təlaşda…

02.12.2024 | 18:19
Uşaq Paralimpiya Oyunları keçiriləcək

02.12.2024 | 18:08
ABŞ-ın Gürcüstana daha güclü təzyiqləri başladı...

02.12.2024 | 18:03
Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

02.12.2024 | 17:55
İran Azərbaycanın tibb və doktorantura diplomlarını etibarsız saydı - rəsmi cavab veriləcəkmi?

02.12.2024 | 17:41
Tiflisdəki prosesləri Qərbə bağlı bu qurumlar qızışdırır...

02.12.2024 | 17:33
Kamalə Abiyevanın yeni kitabları çapdan çıxdı...

02.12.2024 | 17:28
51 milyon manat Azərbaycandan necə gizlədilib?..

02.12.2024 | 17:16
Ukraynanın itirdiyi torpaqları geri almaq üçün kifayət qədər gücü yoxdur - Zelenskidən etiraf...

02.12.2024 | 17:10
Makron 80 il əvvəl Seneqalda törətdikləri genosidi bu səbəbdən etiraf etməli oldu...

02.12.2024 | 16:57
Türkiyə ilə Rusiya Suriyada üsyançılara görə toqquşa bilərlər...

02.12.2024 | 16:34
Bu dairələrin seçiciləri bələdiyyə seçkisində səs verə bilməyəcəklər...

02.12.2024 | 16:16
Seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlandı

02.12.2024 | 15:58
NATO Rusiya sərhədi yaxınlığında böyük təlimlərə başlayır...

02.12.2024 | 15:52
Bayden oğlunu əfv etməklə özünü daha da qara günlərə atdı...

02.12.2024 | 15:44
Külli miqdarda ixrac pulunu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb edildi

02.12.2024 | 15:28
Bakıda 251 min dollarlıq dələduzluq - DİN əməliyyat keçirdi

02.12.2024 | 14:32
Prezident yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydaları təsdiqlədi

02.12.2024 | 14:27
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni vəzifələr verildi

02.12.2024 | 14:15
"Bakıda Qərbi Azərbaycan mövzusunda beynəlxalq tədbir keçiriləcək" - Əhliman Əmiraslanov

02.12.2024 | 13:50
İrandan Rusiyaya narkotik daşıyanlar Astara gömrüyündə "ilişdi"...

02.12.2024 | 13:37
Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar həbs edildi - FOTO

02.12.2024 | 13:24
Tiflisdə müxalif partiya sədri həbs edildi...

02.12.2024 | 13:03
"Генерал" Норат Тер - Григорьянц , зачем таскаешь этот ералаш на плечах? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.12.2024 | 12:47
Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlandı

02.12.2024 | 12:34
“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

02.12.2024 | 12:07
Qərb Ermənistan üçün sülh qapısını bağlayır

02.12.2024 | 12:00
Qubada 4 nəfər narkotikaya görə həbs olundu

02.12.2024 | 11:30
Azərbaycanda uşaq hüquqları barədə konsepsiya hazırlanır

02.12.2024 | 11:15
Yenə "Neftçi", yenə antirekord - 20-ci dəfə böük hesabla məğlub olub...

02.12.2024 | 11:14
Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib

02.12.2024 | 11:10
Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək

02.12.2024 | 11:10
Prezident İlham Əliyev BƏƏ-nin dövlət başçısını təbrik etdi

02.12.2024 | 11:09
Almaniya kansleri Kiyevə gəlib -TƏCİLİ

02.12.2024 | 11:05
"Hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır" - UNİCEF

02.12.2024 | 11:03
Azərbaycana qarşı təhlükəli oyun. Türkmənçay müqaviləsi ətrafında Moskva-İrəvan kombinasiyası - CANLI

02.12.2024 | 11:00
Yol polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

02.12.2024 | 10:59
Şahbuzda qarın hündürlüyü 17 sm-ə çatıb – FAKTİKİ HAVA

02.12.2024 | 10:44
Prezident İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

02.12.2024 | 10:20
Hindistan bu ölkə ilə sərhədə 2 min təhlükəsizlik qüvvəsi yeridib

02.12.2024 | 10:15
Yasamalda avtomobil piyadanı vurub

02.12.2024 | 10:10
Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs yaxalanıb

02.12.2024 | 10:05
Silah istehsal edən şirkətlərin gəlirləri kəskin artıb - söhbət milyard dollarlardan gedir...

02.12.2024 | 10:00
Bu gün Bakının bu hissələrində qaz olmayacaq- XƏBƏRDARLIQ

02.12.2024 | 09:30
"Gəncliyimə, xatirələrimə gedirəm” - Cəbrayıla qayıdan sakin

02.12.2024 | 09:20
Bayden oğlunu əfv etdi, Tramp bu qərarı QINADI!

02.12.2024 | 09:15
"Qalatasaray" Arda Turanın komandası ilə bacarmadı

02.12.2024 | 09:10
Almaniyada terror törətməyə hazırlaşan 17 yaşlı gənc yaxalandı

02.12.2024 | 09:05
Bu yolda bəzi zolaqlar üzrə sürət həddi endirilib - sürücülərə XƏBƏRDARLIQ

02.12.2024 | 09:00
Daha 34 ailə Cəbrayıla köçürüldü

02.12.2024 | 08:30
Ronaldo məşhur blogerə 1 milyon dollar qazandırdı

01.12.2024 | 23:10
İsrailli general ABŞ və Körfəz ölkələrini Əsədi müdafiə etməyə çağırdı - qatil, diktator olsa da, İsrail üçün sərfəlidir...

01.12.2024 | 22:23
Putin 2007-də "pivə içdiyi" üçün G8 sammitinə gecikib? - Merkelin iddiasına Kremldən reaksiya gəldi...

01.12.2024 | 21:50
Gürcüstanda aksiyalar zamanı parlament binasını yandırmağa çalışan Britaniya vətəndaşı tutuldu...

01.12.2024 | 21:15
Azərbaycan derbisi - "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəldi

01.12.2024 | 20:41
Əsədin Türkiyəyə təcili heyət göndərdiyi xəbəri yayıldı - Antalyada Dəməşq-Ankara görüşü gözlənilir...

01.12.2024 | 20:16
Suriyanın nə süverenliyi, nə də dövlət şərəfi qaldı....

01.12.2024 | 20:00
Tramp BRİCS ölkələrini hədələdi - dollara alternativ valyuta yaratsaz...

01.12.2024 | 19:25
Suriya azı 4 yerə bölünəcək ...Əsəd "keçi qiymətinə" satılır...David koridoru gerçəkləşə bilər....

01.12.2024 | 19:20
Mingəçevirdə şəhid Fuad Xankişiyevin döyüş yoludan bəhs edən “Mən Gedirəm” kitabının təqdimatı keçirildi

01.12.2024 | 17:31
Kobaxidze Zurabişviliyə mesaj göndərdi - vəzifənizi tərk edəcəksiz, təkrar seçki olmayacaq...

01.12.2024 | 16:54
Zelenski NATO qarşısında Putinin də qəbul etməyəcəyi şərt qoydu - bunu edin, müharibəni dayandıraq...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031