KÖHNƏ VERSİYA            

Səbr tükəndi - Kreml İrəvanın üstünə yeriyir...

Image

Son günlərdə Ermənistanda əsas müzakirə, eyni zamanda da ciddi narahatlıq predmetinə çevrilən məsələlərədən biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun yekun nəticələrinə dair mətbuat konfransında verdiyi açıqlamalardır. 

Çünki bu açıqlamalar artıq Rusiyanın Ermənistana qarşı münasibətlərini sərtləşdirməyə başladığını göstərir. 

Lavrovun dedikləri həqiqətən də Ermənistana qarşı Kremlin daha sərt ritorikaya start verdiyini göstərir. Məsələn. Lavrov bildirir ki, Ermənistan hakimiyyəti qonşuları və dostları ilə deyil, onların düşmənləri ilə münasibətlər qurmaq istəyir. Nazir qeyd edib ki, Ermənistan rəhbərliyi nədənsə belə hesab edir ki, öz taleyini tarixən onlarla həmrəy olan ən yaxın qonşular və xalqlarla əməkdaşlıqla deyil, onların dostlarına qarşı mövqedə olanlarla birlikdə qurmalıdır: “Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağa məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər”. Lavrov ölkəsinin Ermənistanla münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib. Onun sözlərinə görə, Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını gözləyir. Nazir qeyd edib ki, Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vədəsi yetişib. Lavrovun sözlərinə görə, KTMT-nin Ermənistanı Qarabağ münaqişəsinin həllində tək qoyması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil: “Təəssüflər olsun ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Bu, müttəfiqlik münasibətləri çərçivəsinə sığmır. Ermənistan Rusiya ilə əlaqələri kəsmək üçün İrəvana təkid edən regiondan kənardakı ölkələrə arxalanmaq qərarına gəlib”. Lavrov xatırladıb ki, rəsmi İrəvan KTMT müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsindən imtina edib: “KTMT-nin İrəvanda keçirilən tədbirində gecə yarıyadək təşkilatın missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün mandatının formalaşması barədə sənəd üzərində iş aparılıb. Sənəd faktiki olaraq təşkilata daxil olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin birgə sənədi idi. Lakin buna baxmayaraq, səhəri gün Nikol Paşinyan bundan imtina etdi”. Nazir qeyd edib ki, Paşinyan imtinaya səbəb kimi KTMT-nin Azərbaycanı ittiham etməməsini gətirib: “Amma bunun ardınca, çox qısa müddətdə Avropa İttifaqının sərhəddə missiyasına Ermənistan icazə verdi. Aİ də Azərbaycanı ittiham etməmişdi, amma ona etiraz etmədilər. Bundan başqa, Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması tələbinin olduğunu təsdiq edə bilmərəm, amma bu, baş nazir Nikol Paşinyanın, spiker Alen Simonyanın danışdıqlarının məntiqinə uyğundur. Onlar deyir ki, Ermənistanla Rusiya arasında 1991-ci ildən bəri baş verənlər hamısı səhv olub”. Erməni politoloq Armen Baqdasaryan bunlar fonunda bildirir ki, proseslər sürətləndikcə ritorika da sərtləşir və Lavrov artıq bu dəfə konkret hərəkətlərdən danışır. O bildirib ki, hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bəlli deyil: “Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları, Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və sair. Təbii ki, bunların hamısı bizim üçün çox ağrılı məqamlardır və Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı birinə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa təcavüz olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda belə güman edilirdi ki, Ermənistan sərtləşdikcə, Qərbə doğru kəskin şəkildə getdikcə Rusiya da öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq”. O qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini də təşkil edə bilər. Politoloq xatırladıb ki, Nikol Paşinyanın Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd etdiyini deməsi təsadüfi deyildi. 

Baş verənlərə erməni müğənni Lilit Bleyanın münasibəti də çox maraqlı olub. Onun fikrincə, Rusiyanın Ermənistanla münasibətinin pozulmasını istəyirlər. O, Ermənistanın gələcəyini Ukraynanın Baxmut şəhərinin hazırkı vəziyyətinə bənzədib: “Rusiya yaxşı müttəfiqdir? Yəqin ki, yox, amma çox “yaxşı” düşmən olacaq. Baxmut sakinləri də evlərinin, məktəblərinin, tikililərinin və s. dağılıb məhv olacağına inanmırdılar, son ana qədər hakimiyyəti alqışlayırdılar. Bu gün biz Rusiyanı özümüzə düşmən edərək ölkənin gələcəyini risqə atırıq. Eyni taleyi yaşamağımız istisna deyil”. Rusiyanın hədələrinə baxmayaraq, Ermənistanda ruslara qarşı qəzəb artır. Hətta bu günlərdə İrəvanın “Zvartnots” hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları müraciətlərində qeyd ediblər: 

"Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir. Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək". Aksiyada “Rusiya düşməndir”, “Rusiya alçaqdır”", “Rusiya, Ermənistandan rədd ol” şüarları səsləndirilib. Ermənistan parlamentinin deputatı, KTMT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan isə qeyd edir ki, bu gedişlə Ermənistan rəhbərliyi bundan sonra ölkənin KTMT-dən  çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər: “Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan gözlənən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda da tərəflər Ermənistanın KTMT-ni tərk etməsinə gətirib çıxara biləcək addımlar atmamalıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi, addımlarının davamı olaraq, nəinki açıq şəkildə bəyan edildiyi kimi təşkilatdan çıxa, ümumiyyətlə Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər”. Eyni zamanda, Abramyan vurğulayıb ki, İrəvanın Aİ və ya ayrı-ayrılıqda hər hansı bir Avropa ölkəsi ilə münasibətlərinin mümkün dərinləşməsi heç bir halda Moskva ilə münasibətlərə xələl gətirə biləcək şəkildə baş verməməlidir. Onun sözlərinə görə, Ermənistan və Rusiyanın iştirakı ilə KTMT, MDB və Aİİ kimi çoxtərəfli formatlar dondurulmamalı və dayandırılmamalıdır, əksinə, onların çərçivəsində qarşılıqlı əlaqəni daha çevik və verimli etmək üçün transformasiya oluna bilər. Xatırladaq ki, daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakının dondurulduğunu açıqlayıb. Ermənistan parlamentində müxalifətçi deputat Armen Rüstəmyan isə bildirir ki, ölkə indi Rusiya-Ukrayna müharibəsinin səhnəsinə çevrilir: “Ən pis proqnozlarımız özünü doğrultdu, məlum oldu ki, Paşinyanın xarici siyasəti Rusiya-Qərb qlobal müharibəsini Ermənistana gətirir. Qərb anti-Rusiya cəbhəsini genişləndirməyə çalışır, indi də bizimlə genişlənir və bu, Ermənistan üçün dağıdıcı olacaq”.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Azərbaycan daha bir Avropa ölkəsinin enerji təhlükəsizliyini üzərinə götürdü...

İran Azərbaycanın tibb və doktorantura diplomlarını etibarsız saydı - rəsmi cavab veriləcəkmi?

51 milyon manat Azərbaycandan necə gizlədilib?..

SON XƏBƏRLƏR

02.12.2024 | 23:09
Fransada Makronun hökuməti devrilə bilər - müxalifət hazırlıqlara başladı...

02.12.2024 | 22:35
Emin Ağalarov Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçildi

02.12.2024 | 21:38
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə danışdı

02.12.2024 | 21:10
Paşinyanın Putinə qarşı yeni gedişləri - Moskva isə hələ də İrəvanı müttəfiq sayır...

02.12.2024 | 20:54
Azərbaycan daha bir Avropa ölkəsinin enerji təhlükəsizliyini üzərinə götürdü...

02.12.2024 | 20:39
ABŞ, Türkiyə, Rusiya, İran və İsrail Suriyanı bölüşdürür - Əsədin sonu çatdı...

02.12.2024 | 20:25
Gürcüstan diplomatları Qərbin təzyiqləri altında istefa edir?..

02.12.2024 | 20:12
Gürcüstanda köhnə prezident getmir, yenisi gələ bilmir - Qərb prosesləri buxovladı...

02.12.2024 | 19:57
Rusiya “İctimai forumla” Ermənistandan nə qoparmaq istəyir...

02.12.2024 | 19:43
Tramp dolların qlobal iqtisadi hegemonluğunu güzəştə getməyəcək... İş başladı...

02.12.2024 | 19:29
Dini-milli tolerantlıq dinamik tərəqqinin təməl sütunlarından biridir - Azərbaycan nümunəsi...

02.12.2024 | 19:16
Bayden hökuməti oğlunun xatirinə ABŞ demokratiyasını rüsvay etdi - həm də gedər ayaqda...

02.12.2024 | 19:02
Avrokomissiyanın sədri dəyişildi - Azərbaycana münasibət də dəyişəcəkmi?

02.12.2024 | 18:48
Tiflisdəki proseslərin başında duran Qərb rezidenti məlumdur...

02.12.2024 | 18:40
YAP bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahı yaratdı

02.12.2024 | 18:35
Azərbaycan Tiflisdə Qərbin qarmaqarışıq oyunlarına laqeyd ola bilməz - bu səbəblərdən...

02.12.2024 | 18:30
"Bakı-Xəbər"in əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu

02.12.2024 | 18:21
Suriyanın Hələb şəhərində maraqlı hadisə - Hafiz və Bəşər Əsədlərin fotosu.....

02.12.2024 | 18:21
Şəkər testləri 1 aydır apteklərdən yoxa çıxıb - xəstələr təlaşda…

02.12.2024 | 18:19
Uşaq Paralimpiya Oyunları keçiriləcək

02.12.2024 | 18:08
ABŞ-ın Gürcüstana daha güclü təzyiqləri başladı...

02.12.2024 | 18:03
Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

02.12.2024 | 17:55
İran Azərbaycanın tibb və doktorantura diplomlarını etibarsız saydı - rəsmi cavab veriləcəkmi?

02.12.2024 | 17:41
Tiflisdəki prosesləri Qərbə bağlı bu qurumlar qızışdırır...

02.12.2024 | 17:33
Kamalə Abiyevanın yeni kitabları çapdan çıxdı...

02.12.2024 | 17:28
51 milyon manat Azərbaycandan necə gizlədilib?..

02.12.2024 | 17:16
Ukraynanın itirdiyi torpaqları geri almaq üçün kifayət qədər gücü yoxdur - Zelenskidən etiraf...

02.12.2024 | 17:10
Makron 80 il əvvəl Seneqalda törətdikləri genosidi bu səbəbdən etiraf etməli oldu...

02.12.2024 | 16:57
Türkiyə ilə Rusiya Suriyada üsyançılara görə toqquşa bilərlər...

02.12.2024 | 16:34
Bu dairələrin seçiciləri bələdiyyə seçkisində səs verə bilməyəcəklər...

02.12.2024 | 16:16
Seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlandı

02.12.2024 | 15:58
NATO Rusiya sərhədi yaxınlığında böyük təlimlərə başlayır...

02.12.2024 | 15:52
Bayden oğlunu əfv etməklə özünü daha da qara günlərə atdı...

02.12.2024 | 15:44
Külli miqdarda ixrac pulunu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb edildi

02.12.2024 | 15:28
Bakıda 251 min dollarlıq dələduzluq - DİN əməliyyat keçirdi

02.12.2024 | 14:32
Prezident yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydaları təsdiqlədi

02.12.2024 | 14:27
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni vəzifələr verildi

02.12.2024 | 14:15
"Bakıda Qərbi Azərbaycan mövzusunda beynəlxalq tədbir keçiriləcək" - Əhliman Əmiraslanov

02.12.2024 | 13:50
İrandan Rusiyaya narkotik daşıyanlar Astara gömrüyündə "ilişdi"...

02.12.2024 | 13:37
Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar həbs edildi - FOTO

02.12.2024 | 13:24
Tiflisdə müxalif partiya sədri həbs edildi...

02.12.2024 | 13:03
"Генерал" Норат Тер - Григорьянц , зачем таскаешь этот ералаш на плечах? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.12.2024 | 12:47
Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlandı

02.12.2024 | 12:34
“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

02.12.2024 | 12:07
Qərb Ermənistan üçün sülh qapısını bağlayır

02.12.2024 | 12:00
Qubada 4 nəfər narkotikaya görə həbs olundu

02.12.2024 | 11:30
Azərbaycanda uşaq hüquqları barədə konsepsiya hazırlanır

02.12.2024 | 11:15
Yenə "Neftçi", yenə antirekord - 20-ci dəfə böük hesabla məğlub olub...

02.12.2024 | 11:14
Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib

02.12.2024 | 11:10
Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək

02.12.2024 | 11:10
Prezident İlham Əliyev BƏƏ-nin dövlət başçısını təbrik etdi

02.12.2024 | 11:09
Almaniya kansleri Kiyevə gəlib -TƏCİLİ

02.12.2024 | 11:05
"Hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır" - UNİCEF

02.12.2024 | 11:03
Azərbaycana qarşı təhlükəli oyun. Türkmənçay müqaviləsi ətrafında Moskva-İrəvan kombinasiyası - CANLI

02.12.2024 | 11:00
Yol polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

02.12.2024 | 10:59
Şahbuzda qarın hündürlüyü 17 sm-ə çatıb – FAKTİKİ HAVA

02.12.2024 | 10:44
Prezident İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

02.12.2024 | 10:20
Hindistan bu ölkə ilə sərhədə 2 min təhlükəsizlik qüvvəsi yeridib

02.12.2024 | 10:15
Yasamalda avtomobil piyadanı vurub

02.12.2024 | 10:10
Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs yaxalanıb

02.12.2024 | 10:05
Silah istehsal edən şirkətlərin gəlirləri kəskin artıb - söhbət milyard dollarlardan gedir...

02.12.2024 | 10:00
Bu gün Bakının bu hissələrində qaz olmayacaq- XƏBƏRDARLIQ

02.12.2024 | 09:30
"Gəncliyimə, xatirələrimə gedirəm” - Cəbrayıla qayıdan sakin

02.12.2024 | 09:20
Bayden oğlunu əfv etdi, Tramp bu qərarı QINADI!

02.12.2024 | 09:15
"Qalatasaray" Arda Turanın komandası ilə bacarmadı

02.12.2024 | 09:10
Almaniyada terror törətməyə hazırlaşan 17 yaşlı gənc yaxalandı

02.12.2024 | 09:05
Bu yolda bəzi zolaqlar üzrə sürət həddi endirilib - sürücülərə XƏBƏRDARLIQ

02.12.2024 | 09:00
Daha 34 ailə Cəbrayıla köçürüldü

02.12.2024 | 08:30
Ronaldo məşhur blogerə 1 milyon dollar qazandırdı

01.12.2024 | 23:10
İsrailli general ABŞ və Körfəz ölkələrini Əsədi müdafiə etməyə çağırdı - qatil, diktator olsa da, İsrail üçün sərfəlidir...

01.12.2024 | 22:23
Putin 2007-də "pivə içdiyi" üçün G8 sammitinə gecikib? - Merkelin iddiasına Kremldən reaksiya gəldi...

01.12.2024 | 21:50
Gürcüstanda aksiyalar zamanı parlament binasını yandırmağa çalışan Britaniya vətəndaşı tutuldu...

01.12.2024 | 21:15
Azərbaycan derbisi - "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəldi

01.12.2024 | 20:41
Əsədin Türkiyəyə təcili heyət göndərdiyi xəbəri yayıldı - Antalyada Dəməşq-Ankara görüşü gözlənilir...

01.12.2024 | 20:16
Suriyanın nə süverenliyi, nə də dövlət şərəfi qaldı....

01.12.2024 | 20:00
Tramp BRİCS ölkələrini hədələdi - dollara alternativ valyuta yaratsaz...

01.12.2024 | 19:25
Suriya azı 4 yerə bölünəcək ...Əsəd "keçi qiymətinə" satılır...David koridoru gerçəkləşə bilər....

01.12.2024 | 19:20
Mingəçevirdə şəhid Fuad Xankişiyevin döyüş yoludan bəhs edən “Mən Gedirəm” kitabının təqdimatı keçirildi

01.12.2024 | 17:31
Kobaxidze Zurabişviliyə mesaj göndərdi - vəzifənizi tərk edəcəksiz, təkrar seçki olmayacaq...

01.12.2024 | 16:54
Zelenski NATO qarşısında Putinin də qəbul etməyəcəyi şərt qoydu - bunu edin, müharibəni dayandıraq...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031