Şolz Ukraynaya 500 km mənzilli raketlərin verilməsinə qarşı çıxdı - Moskvanı vura bilərlər...
Almaniya kansleri Olaf Şolz “Taurus” raketlərini Ukraynaya vermək istəmədiyini açıqlayıb, çünki onların mənzili Moskvadakı hədəfləri vurmağa imkan verir.
Şolz iddia etdi ki, Kiyevə verilə biləcək MARS II reaktiv raket sistemi (Amerika HIMARS-ın analoqu) kimi bəzi digər silahlarla, “Taurus” raketləri ilə eyni dağıdıcı gücə malik olmasa da, daha çox şey etmək olar.
Şolz deyib ki, “Taurus” 500 km məsafəyə malikdir və düzgün istifadə edilmədikdə, Moskvanın istənilən yerində hədəflərə çata bilər. Kansler, “Taurus”un tədarükünun Almaniyanı müharibə risqi ilə üz-üzə qoya biləcəyini deyib.
Şolz Fransa və İngiltərənin Kiyevə uzaq mənzilli “Scalp” və “Storm Shadow” qanadlı raketlərini təslim etməsinin nümunə göstərilməsinə sərt reaksiya verib və deyib ki, bu sualın dəfələrlə verilməsinə təəccüblənirəm: “Aydındır ki, fərqli ənənələrə və fərqli konstitusiya institutlarına malik olan digər ölkələrin etdiklərini biz eyni şəkildə edə bilmərik”.
“Taurus” KEPD 350 hava-yer tipli qanadlı raket İsveç-Almaniya şirkəti Taurus Systems tərəfindən istehsal edilir və 500 km-ə qədər uçuş məsafəsinə malikdir.
Şolz koalisiya ortaqlar Yaşıllar və FDP “Taurus”un Kiyevə verilməsinə müsbət yanaşsalar da, Federal Məclis keçən həftə bunu rədd etmişdi.
TAHİR