Diplomatik Forumda Sərdar Kılıcın Rubenyana nə cavab verdiyi bilinmir...
Doğrudanmı Rubenyanın bu populist çıxışı cavabsız buraxılıb? hər halda Ermənistan mediasının xəbərçilik metpdikasından belə anlaşılır ki, Kılıc Rubenyanın ya " ağzından vurmayıb", ya da erməni mediası xəbəri birtərəfli təqdim edərək Türkiyə - Ermənistan normallaşmasında Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıcın cavabını yaymayıb. Erməni mediasına görə sərhəd məsələlərində Ermənistanın xüsusi nümayəndəsi Rubenyan Antaliya diplomatik forumunda deyib ki, biz elə indi, bu gün ,sabah sərhəddi açmağa hazırıq, sərhəddin bağlı qalmasına heç bir əsas yoxdur, əgər Türkiyənin nümayəndəsi Kılıc razı olsa elə burada bəyanat verərik və Antaliya forumu tarixi hadisəyə şahidlik edər .
Rubenyanın bu çıxışına Türkiyə nümayəndəsinin nə cavab verdiyini təəssüf ki, bilmirik, çünki erməni mənbələri yazmayıb, başqa mənbələrdən də nəsə məlum deyil. Ancaq Rubenyana mütləq cavab verilməli, "ağzından çəkilməli" idi. Çünki Ribenyan bu populist çıxışla dünyanı öz yalanlarına inandırmaq istəyib. Guya Ermənistan hər dəqiqə Türkiyə ilə sülhə hazır olduğu halda, Türkiyə hazır deyilmiş.Əslində məsələ tam fərqlidir.
Əvvala, Türkiyə - Ermənistan sərhəddinin bağlı qalmasına indi böyük əsaslar var, açıla bilməz, çünki Ermənistan sülh sazişini imzalamayıb .
İkinci, Türkiyə- Ermənistan sərhəddi bir anın içində bağlanıb ki bir anda da açılsın?
Kılıcın Rubenə cavabı ilə bağlı araşdırmanı davam etdirəcəyik.
Namiq Quliyev