KÖHNƏ VERSİYA            

Dünya sürətlə nüvə savaşına sürüklənir...

Image

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qərbdəki hədəfləri vurmaq üçün silaha malik olduğunu bildirərək, Qərb dövlətlərinin Ukraynaya qoşun yeritməsinin faciəli nəticələri barədə xəbərdarlıq edib: 

“Qərb dövlətləri başa düşməlidirlər ki, bizim də onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Bütün bunlar həqiqətən də nüvə silahından istifadə edilməsi ilə münaqişə və sivilizasiyanın məhvi təhlükəsini yaradır. Onlar bunu başa düşmürlərmi?”.

Qeyd edək ki, bu günlərdə Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qərb qoşunlarının Ukraynaya döyüşmək üçün göndərilməsi planı olmasa da, bu ehtimal qalmaqdadır: “Bu gün rəsmi, təsdiq olunmuş şəkildə yerlərə qoşunların göndərilməsi ilə bağlı konsensus yoxdur. Amma dinamika baxımından heç nəyi istisna etmək olmaz”. Avropanın əksər liderləri ABŞ kimi Makronun ideyasına qarşı çıxıb. Çünki bu hal nüvə müharibəsi ehtimalını yüksəldir. Bu, Putinə Qərbi nüvə silahları ilə hədələməyə imkan verir: “Vaxtilə öz kontingentini ölkəmizin ərazisinə göndərənlərin taleyini xatırlayırıq. Ancaq indi mümkün müdaxiləçilər üçün nəticələr daha faciəli olacaq”. Putin bəyan edir ki, suveren, güclü Rusiya olmadan sabit dünya nizamı ola bilməz: “Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”. Putin onu da vurğulayır ki, Rusiyanın strateji nüvə qüvvələri istifadəyə tam hazır vəziyyətdədir. Rusiya lideri qeyd edib ki, silahlanma sahəsində planlaşdırılan məsələlərin demək olar ki, hamısı həllini tapıb: “2018-ci ildə səsləndirdiyim müraciət zamanı bəhs etdiyim silahlanma sahəsində planlaşdırdıqlarımızın hamısı yerinə yetirilib və ya bir hissəsi tamamlanmaq üzrədir. Beləliklə, hipersəs aviasiya kompleksi “Kinjal” nəinki istifadəyə verilib, həm də havadan zərbə endirilən zaman xüsusilə vacib hədəfləri məhv etmək üçün yüksək səmərəliliklə istifadə olunur. 2018-ci ildə ünvanlanan müraciətimdə yer almayan “Zirkon” hipersəs zərbə kompleksi artıq döyüşlərdə də istifadə olunub və bu sistem artıq işləyir”. Putin bir sıra digər silahların da Silahlı Qüvvələrin arsenalına daxil edildiyini diqqətə çatdırıb: “Qitələrarası diapazonlu “Avanqard” hipersəs bölmələri və “Peresvet” lazer sistemləri döyüş növbətçiliyindədir. “Burevestnik” qeyri-məhdud mənzilli qanadlı raketin və “Poseydon” pilotsuz sualtı aparatının sınaqları tamamlanır". Putin onu da qeyd edib ki, “Sarmat” ağır çəkili ballistik raketləri də orduya təhvil verilib: “Tezliklə biz onları hərbi əməliyyat zonalarında nümayiş etdirəcəyik. Bir sıra digər perspektivli silah sistemləri üzərində işlər davam edir. Alimlərimizin və silah ustalarımızın yeni nailiyyətləri haqqında gələcəkdə də xəbər tutacağıq”. O, Rusiya Hərbi Hava Qüvvələrinin bu yaxınlarda nüvə silahı daşımağa qadir 4 hipersəs bombardmançı təyyarəni təhvil aldığını qeyd edib: “Bu gün strateji nüvə qüvvələrində müasir silah və texnikanın payı artıq 95 faizə çatıb, “nüvə triadası”nın dəniz komponenti isə demək olar ki, 100 faizdir”. Döyüş hazırlığı vəziyyətinin artırılmasının vacibliyini vurğulayan Rusiya Prezidenti ordunun müasir silahlarla təchiz ediləcəyini vurğulayıb.

ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton isə qeyd edir ki, Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir. Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun “RS-28 Sarmat” qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub: “Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”.

Bunlar fonunda Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Təşkilatın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bildirib ki, Ukraynadakı münaqişə qəsdən və ya bilməyərəkdən nüvə müharibəsinə çevrilə bilər və bu xüsusda təhlükəli davranışlar artmaqdadır: “İki il ərzində beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qınanılan nüvə eskalasiyası ilə bağlı ritorika və təhlükəli davranışların artması müşahidə olunub. Belə eskalasiya təsadüfi və ya qəsdən nüvə münaqişəsi risqini artırır. Bütün nüvə silahına malik dövlətlər və onların müttəfiqləri qısamüddətli ritorika və hərəkətlərində ehtiyatlı olmalı və nüvə arsenallarını ləğv etməlidirlər ki, bu da nüvə eskalasiyasının qarşısını almağın yeganə etibarlı yoludur”. Onun sözlərinə görə, hazırda nüvə silahından istifadə risqi xüsusilə yüksəkdir. Nüvə silahına malik olan bütün dövlətlər yeni, daha təhlükəli nüvə silahları yaradırlar. Bundan əlavə, bir neçə nüvə silahına malik dövlətlər aktiv münaqişədə iştirak edir. Ekspert vurğulayıb ki, nüvə silahlarının ləğvi nüvə eskalasiyasının dayandırılması və nüvə müharibəsinin qarşısının alınmasının təminatı olaraq qalır. Amma Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə deyib ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynada hərbi əməliyyatları mümkün qədər uzatmağa çalışır. O, 27 ölkənin Ukraynaya silah tədarükünə artıq 97 milyard dollar xərclədiyini söyləyib: “NATO qərargah zabitləri, artilleriyaçılar və digər mütəxəssislər Ukraynada cəbhədədir, Kiyev üçün NATO-nun 500-dən çox peyki işləyir. ABŞ-ın 800-dən çox kosmik aparatı Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün işləyir”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031