Xəzər rayonunda 26 yaşlı gənci avtomobil vurub
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Həsənov Xeyrilla İbadulla oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb