"Məhkəmə təxirə salınsın" - Trampdan xahiş
ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmədən məxfi sənədlərlə düzgün işlənilməməsi ilə bağlı işin başlanmasını təxirə salmağı xahiş edib. Bu barədə Florida ştatının cənub dairəsi üzrə federal məhkəmənin məlumat bazasında dərc edilmiş bəyanatda deyilir.
Sənəddə qeyd edilib ki, Tramp prosesə 2024-cü il prezident seçkiləri başa çatdıqdan sonra başlamağı tələb edir. ABŞ-ın xüsusi prokuroru Cek Smit məhkəmənin iyulun 8-də başlamasını istəyib.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun əməkdaşları ümumilikdə 102 sənəd ələ keçiriblər. Onlardan 17-si “tam məxfi” kimi təsnif edilib.
Mətləb