KÖHNƏ VERSİYA            

Ermənistan Rusiyanın hərbi əməliyyatlarını qarşılamağa hazırlaşır...

Image

“Coğrafiya taledir. Bu, indi Ermənistan baxımından etiraz edəcəyimiz məşhur ifadədir. Bəli, siz öz dövlətinizi demokratik, mədəni, iqtisadi cəhətdən istədiyiniz qədər inkişaf etdirə və bu inkişafın bəhrələrindən istifadə edərək yaşaya bilərsiniz, amma əgər qonşunuzla müharibə olacaqsa, ondan qaça bilməyəcəksiniz. Bu, praktikada nə kimi görünür? Ukraynalılardan soruşun, sizə deyəcəklər”. Qeyd edilən fikirlər Ermənistanın “armenianreport” portalında yer alıb.

Portal yaxın tezlikdə Rusiyanın Ermənistanda hərbi əməliyyatlara start verməsini tamamilə mümkün hesab edir: “Bəli, Rusiya-Ukrayna müharibəsi artıq 10 ildir ki, davam edir. Onun ən qəddar və qanlı mərhələsi rus qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə başlayıb və iki ildir davam edir. Rusiya bir vaxtlar böyük ölkənin ərazisinin dörddə birindən çoxunu işğal edib və açıq şəkildə bununla dayanmaq niyyətində deyil. Göründüyü kimi, Kreml Xarkovu, Odessanı, Nikolayevi, Dnepri işğal etmək qərarına gəlib. Bunu Avropada da hamı görür. Hətta Rusiyanın müttəfiqi adlandırılan ölkələr də baş verənlərdən nəticə çıxarır. Macarıstan Rusiya ilə ümumi sərhədə malik olmaq istəməz, çünki Sovet İttifaqı ilə həmsərhəd olduğu dövrlərin “pis xatirələrini” özündə saxlayır. Bunu Macarıstanın baş naziri Viktor Orban Praqada Vışeqrad qrupu ölkələrindən - Polşa, Slovakiya və Çexiyadan olan həmkarları ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Burda əlavə etmək yerinə düşər ki, bu, indi Ukrayna-Macarıstan sərhədidir. Və açıqdır. Budapeştlə Kiyev arasında münasibətlərdə bütün çətinliklərə baxmayaraq, Macarıstan Ukraynadan özünə təhlükə görmür. Düzdür, təcrübə göstərir ki, böyük imperiya ilə kiçik dövlət arasında ümumi sərhədlər olmasa belə, ikinci üçün təhlükələr qalır.
 Ermənistanın Rusiya ilə ümumi sərhədləri yoxdur, lakin biz bu ölkənin dövlətimiz üçün yaratdığı təhlükələrin nə qədər böyük olduğunu görürük. Kreml bizim həqiqətən müstəqil, demokratik dövlətdə yaşamağa layiq olduğumuza inanmır. Onlar əmindirlər ki, “Ermənistan kimi dövlət yoxdur”. Və bu, Ukraynaya tətbiq edilən eyni povestdir. Vladimir Putin, Dmitri Medvedyev və digər Kreml “ağsaqqalları” səhərdən axşama kimi nağıl danışmağa hazırdırlar, həqiqətən “Ukraynanı kimin yaratdığının” yeni versiyasını səsləndirmək üçün yarışırlar. Ermənistan haqqında da eyni fikirdədirlər. Və bir gün bütün bunları onlardan eşitmək risqi var. Ancaq çox güman ki, əvvəlcə silahlar danışacaq. Bəli, Rusiya ölkəmizə qarşı hərbi təxribata hazırdır. Kreml artıq Ukrayna və kollektiv Qərb üzərində qələbəni qeyd edir. Təəssüf ki, onlar həqiqətdən uzaq deyillər, sevinc üçün əsasları var. Və bu sevinc cəzasızlıq hissinə çevrilir. Bu səbəbdən Fransa və ya digər müttəfiqlərdən təhlükəsizlik zəmanəti almağımız çox vacibdir. Bəli, Azərbaycan da var. Amma əsl təhlükə indi Rusiyadan gəlir.
 Rusiya SSRİ-nin bərpasını arzulayır və mümkün olduğu qədər postsovet ölkələrini ələ keçirməyə çalışacaq. Azərbaycanla bu işləməyəcək, çünki Bakı Ankaranın müttəfiqidir. Gürcüstan, Qərbə yönəlik bütün cəhdlərə baxmayaraq, artıq rusların cibindədir. Kreml bu halda Ermənistanı öz nəzarətinə qaytarmağa çalışacaq. Bunun üçün hər hansı təxribatdan istifadə etmək mümkündür. Onlardan biri haqqında Milli Assambleyanın spikeri Alen Simonyan danışıb. Onun sözlərinə görə, plan var idi ki, Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək və sonda sülhməramlı sifət ifadəsi ilə çox da xoş olmayan niyyətlərlə gəlib regionda növbəti sülhü bərqərar etmək rusların istəyi olub. O, söhbətin Rusiyadan getdiyini açıq demədi, amma hamı bunun məhz Rusiyanın planı olduğunu çox yaxşı başa düşür. Bu işə yaramadı. Amma Kremlin, çox güman ki, başqa planları var. Onların məqsədi bəllidir - müstəqil, demokratik Ermənistan dövlətini məhv etmək. Ölkələrimiz arasında ümumi sərhədlərin olmaması isə Kreml üçün maneə deyil”. Belə bir vaxtda Ermənistanda ABŞ hava bazasının açılacağı ilə bağlı məlumatlar Kremlin daha tez hərəkətə keçməsinə səbəb ola bilər. Rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko bu xüsusda bildirir: “Ermənistanda Amerikanın hərbi hava bazası olacaqmı? Olacaq. Artıq toxum səpilir”. Ekspert buna misal olaraq ABŞ hərbi attaşesinin Loriyə “humanitar yardım” aparmasına diqqət çəkib: “ABŞ-ın İrəvandakı hərbi attaşesi, polkovnik Kevin Stil və ABŞ səfirliyinin Müdafiə və Əməkdaşlıq İdarəsinin nümayəndələri Lori vilayətinin qubernatoru Aram Kazaryanla görüşüblər ki, 40 tondan çox “humanitar yardım” göstərsinlər. Mixail Qorbaçovun dediyi kimi, “Proses başlayıb!” Amerikanın hərbi kəşfiyyatı və humanitar yardımı məhz bundan ibarətdir! Nensi Pelosinin İrəvanda necə qarşılandığını xatırlayaq - Sovet dövründə İrəvanda hətta Brejnev belə qarşılanmamışdı”. Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan da qeyd edir ki, ölkənin hazırkı hakimiyyəti KTMT, Aİİ və digər inteqrasiya strukturları ilə bağlı son dərəcə təhlükəli oyun oynayır ki, bunun da ağır nəticələri ola bilər: “İrəvan başa düşmür ki, xarici siyasət istiqamətinin bir komponentinin dəyişdirilməsi kifayət deyil, dəyişiklik olarsa, bütün komponentləri diqqətlə yeniləmək lazımdır. Çünki yalnız bir amilin dəyişdirilməsi ölkəmiz üçün dağıdıcı ola bilər. İrəvanın xarici siyasət istiqamətini dəyişdirmək üçün atdığı addımlar təkcə siyasi deyil, həm də iqtisadi nəticələrə səbəb olacaq. Aydındır ki, Ermənistan Rusiya ilə ciddi tellərlə bağlıdır”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031