KÖHNƏ VERSİYA            

Bakı-İrəvan sülh danışıqlarında Berlin formatı başladı...

Image

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən prezident İlham Əliyevin geniş şəkildə toxunduğu məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında münasibətlər və vasitəçilik missiyası ilə bağlı olub. 

Dövlət başçısı kansler Olaf Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir.

Indi görünən odur ki, Almaniya Azərbaycan və Ermənistan arasında əsas vasitəçiyə çevrilmək üzrədir. İndiyə kimi tərəflər Brüssel və Vaşinqtonda bir araya gəlsələr də, sonradan orda nəzərdə tutulan görüşlər baş tutmamışdı. Bu halda Münhen Təhlükəsizlik Konfransında iki ölkə liderini bir araya gətirməsi Almaniyanın Azərbaycanla Ermənistan arasında yeni vasitəçi olacağı ehtimalını gücləndirmişdi. Bəs niyə Berlin formatına ehtiyac yarandı? Bu formatın zəruriliyini ortaya çıxaran amilləri aşağıdakılarla izah etmək olar. Moskva formatının qarşı cəbhəsində görünən Brüssel və Vaşinqton formatı Azərbaycanın ötən il görüşlərə qatılmasından imtinasından sonra dağılmış sayıla bilər. Ötən ilin sonlarında rəsmi Bakı və Vaşinqton arasında münasibətlər o həddə qədər gərginləşdi ki, ABŞ Azərbaycana hərbi yardımı və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini bildirdi. Rəsmi Bakı da buna qarşılıq verərək, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qanunsuz əməllərini hədəfə aldı. Sonradan ABŞ Dövlət Departamentinin yüksək rütbəli diplomatı Ceyms O’Brayn Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşsə də, hələ ki, münasibətlərin əvvəlki məcrasına qayıtdığını söyləmək çətindir və Azərbaycan-ABŞ münasibətlərinin soyuq fonunda Vaşinqton formatının da aktivləşəcəyi hələ ki, yaxın görünmür. Yuxarıda qeyd edildiyi kimi, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın, “alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən“ qonşusu Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirdiyini vurğulayıb. Ara-sıra, xüsusilə Qərbdə keçirilən görüşlərdən sonra fəallaşan Moksva formatının, Rusiyanın sülhün yalnız onun vasitəçiliyi ilə mümkün olacağı bəyanatlarına rəğmən, daha çox formal xarakter daşıdığını söyləmək mümkündür. Üstəlik, son vaxtlar Ermənistanla Rusiya arasında gərginliyin artması və etimad əskikliyi fonunda İrəvanın Moksva formatına o qədər də könüllü yanaşmadığını ehtimal etmək olar. Ortaya çıxdığı vaxtdan məhsuldar və daha praqmatik addımları ilə yadda qalan Brüssel formatı sonradan Fransanın Ermənistanı dəstəkləyən bəyanatlar verməsi və onu silahla təchiz etməsi səbəbilə dondurulub. Rəsmi Bakı Parisi münaqişə tərəflərinə neytral ola bilməməkdə ittiham edir. Azərbaycan üçün Brüssel formatının cəlbediciliyini azaldan daha bir səbəb isə, hər iki tərəfə də neytral mövqeyini qoruyub saxlayan və pozitiv mövqe nümayiş etdirən Şarl Mişeli Avropa İttifaqı Şurasının prezidentliyi vəzifəsində qurumun xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrellin əvəzləmə ehtimalının mövcudluğu ola bilər. Josep Borrell Ermənistanda Avropa İttifaqının mülki monitorinq missiyasını dəstəkləyir. Bakı bu missiyanın Ermənistanda mövcudluğundan narazıdır.

Azərbaycan hakimiyyəti həm də Borrelli qeyri-adekvat bəyanatlar verməkdə ittiham edib. Bir müddət əvvəl Josep Borrell bildirmişdi ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Lakin Prezident İlham Əliyev Harms və digər Almaniya nümayəndə heyəti ilə görüşündə belə bəyanatları pərdələnmiş təhdid kimi qiymətləndirdiyini bildirərək, Borellin açıqlamalarından məyusluğunu gizlətməyib. Bu halda Josep Borrell Aİ Şurasının rəhbəri olarsa, tərəflər arasında sülh danışıqlarının Qərb dəstəkli platformasız qalmaq ehtimalı da yüksəkdir. İndiki halda Qərb üçün də Berlin formatı daha məqsədəmüvafiq sayıla bilər, çünki Almaniya indiyə kimi tərəflərə bərabər mövqe sərgiləyib iki ölkə arasında sülh danışıqlarını aktiv fazada tuta bilər. Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistandan olan həmkarları ilə üçtərəfli görüş fonunda bildirib ki, Azərbaycan və Ermənistan keçmişi arxada qoymaq və irəliləmək üçün cəsarətli addımlar atıb: “Almaniya Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin sülh yolu ilə və güc tətbiq edilmədən həllini təmin etməyə sadiqdir. Bu məqsədlə iki ölkə arasında sülh danışıqlarının tez bir zamanda yekunlaşması vacibdir”. Xarici işlər nazirlərinin Almaniyada baş tutan   görüşündə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti, həmçinin perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanla Almaniya arasında son dövrlər dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Almaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür ifadə edilib. Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğunu bildirib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. 

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

SON XƏBƏRLƏR

14.01.2025 | 17:18
Türkiyənin Azərbaycandakı yeni səfirindən ilk paylaşım...

14.01.2025 | 17:15
Nazir Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

14.01.2025 | 17:04
Makronun nümayəndəsindən şok Afrika etirafı - bizi əməlli-başlı qovdular...

14.01.2025 | 16:52
Lavrov Ermənistanı problemləri qonşularla həll etməyə çağırdı...

14.01.2025 | 16:46
Putinlə Tramp arasında görüşün İstanbulda keçirilməsi təklif edildi...

14.01.2025 | 16:33
"AZAL-ın təyyarəsinin "qara qutu"larının deşifrə edilməsi KİV-dəki ilkin qənaətləri təsdiqləmir" - Lavrov

14.01.2025 | 16:25
Əməliyyat zamanı doğum günü keçirən həkim işdən azad edildi

14.01.2025 | 16:06
İsrail ordusu Dəməşqə doğru irəliləyir – Təl Əvivin Suriya ilə bağlı planları ortaya çıxdı...

14.01.2025 | 15:51
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirildi - FOTO

14.01.2025 | 15:38
Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri başa çatıb - FOTO

14.01.2025 | 15:33
Polis Nərimanovda əməliyyat keçirdi, 11 kq narkotik və 9 odlu silah aşkarlandı - FOTO

14.01.2025 | 15:15
"Ukraynada müharibə Putinlə razılaşma ilə bitməsə, sülh olmayacaq" - NATO baş katibi

14.01.2025 | 14:49
Ermənistan üçün YALANÇI VƏD

14.01.2025 | 14:48
Burkina-Faso prezidenti Makronu yıxıb sürüdü - bizim sayəmizdə bu günə qədər mövcud ola bilibsiz

14.01.2025 | 14:36
"Rusiya-Ermənistan münasibətləri indiki mərhələdə asan deyil" - Lavrov

14.01.2025 | 14:19
Belarus Azərbaycandakı səfirini dəyişdi...

14.01.2025 | 14:08
İsmayıllıda narkotik satan və qanunsuz odlu silah saxlayan şəxs saxlandı - FOTO

14.01.2025 | 13:48
Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət etdi

14.01.2025 | 13:34
Fuat Oktay Prezident İlham Əliyevə başsağlığı verdi

14.01.2025 | 13:25
QAİ Petrosyanın bəyanatı ilə bağlı Quterreş və Ali komissar Folker Türkə müraciət etdi...

14.01.2025 | 13:14
9 və 11-ci sinifi başa vura bilməyən şəxslər üçün imtahan keçiriləcək

14.01.2025 | 13:03
Маргарита Симоньян плачет? Странно... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.01.2025 | 12:48
QAİ Azərbaycana böhtan atan Almaniya radiosunu sərt tənqid etdi...

14.01.2025 | 12:35
Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanıb - FOTO

14.01.2025 | 12:21
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib - FOTO/YENİLƏNDİ

14.01.2025 | 12:15
Əli Əsədovdan Bələdiyyələrlə bağlı YENİ QƏRAR

14.01.2025 | 12:05
Ermənistanda daha bir İSTEFA - İstintaq Komitəsinin idarə rəisi istefa verib

14.01.2025 | 12:00
YAP müşavirə keçirib

14.01.2025 | 11:20
"Yaprak Dökümü" serialının məşhur aktrisası vəfat etdi

14.01.2025 | 11:15
Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub - DİN məlumat yaydı

14.01.2025 | 11:10
Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

14.01.2025 | 11:05
"Bilirəm ki, Putin mənimlə görüşmək istəyir" - Trampdan AÇIQLAMA

14.01.2025 | 11:03
Ermənistan Avropa İttifaqının üzvü olacaqmı? - CANLI

14.01.2025 | 11:00
Bir ildə DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14.01.2025 | 10:30
Sumqayıtın bu qəsəbəsində silah-sursat aşkarlandı - FHN

14.01.2025 | 10:20
"Fransadakı bütün həbsxanalar artıq doludur!" - fransız nazirin çıxışı etirazları alovlandırdı

14.01.2025 | 10:10
Xırdalanda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

14.01.2025 | 10:05
Bu axşam Mirzoyan və Blinken "strateji tərəfdaşlıq sənədi" imzalayacaqlar

14.01.2025 | 10:00
Türkiyə NATO-nun çox dəyərli üzvüdür - Mark Rutte fransız siyasətçini SUSDURDU

14.01.2025 | 09:30
Zaqatalada 30 yaşlı qadın dəm qazından ölüb

14.01.2025 | 09:26
DTX əməliyyat keçirdi: Terakt törətmək istəyənlər həbs olundu! - SON DƏQİQƏ

14.01.2025 | 09:25
Azərbaycanda "daşıyıcı analıq" qanunidir? - Qadınların üzərindən "follekul donorluğu" qızışır...

14.01.2025 | 09:23
"Əqrəb mövsümü 2" gələn ay efirlərə qayıdır

14.01.2025 | 09:17
"İsrail və HƏMAS atəşkəs sazişi imzalayacaq" - Baydendən AÇIQLAMA

14.01.2025 | 09:05
“Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm - “Qarabağ”dan ayrılan Juninyo

14.01.2025 | 09:00
AZAL təcili məlumat yaydı - Bakıdakı duman səbəbindən bir neçə reys Gəncəyə yönləndirilib

14.01.2025 | 08:38
Gigiyenik məhsullar sürətlə bahalaşır - "bit-birə insanları basacaq"...

14.01.2025 | 00:13
Ukrayna Avropaya qaz nəqlini dayandırmaq üçün bu dəfə “Türk axını”nı hədəf aldı – Avrokomissiya Kiyevdən izahat istədi...

13.01.2025 | 23:48
Rusiya XİN-dən Lavrovun Bayramova yazdığı iddia edilən saxta məktubla bağlı açıqlama - siyasi sifarişdir...

13.01.2025 | 22:33
13 ədədi həyəcan rəmzidir

13.01.2025 | 21:24
Ermənistan Azərbaycanın bu tələbini yerinə yetirməyə necə məcbur edildi...

13.01.2025 | 21:09
Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

13.01.2025 | 20:55
Avroittifaqda heç kim Ermənistanı gözləmir, ölkə Rusiyanın liderlik etdiyi təşkilatlardan da qovulur

13.01.2025 | 20:41
Serbiya və Bolqarıstana Azərbaycandan qaz ixracı niyə dayandı - boruya kənar müdaxilə ehtimalına ekspert izah verir...

13.01.2025 | 20:28
Türk Dövlətləri Təşkilatı Rusiyaya qarşı anqlo-sakson layihəsidir?

13.01.2025 | 20:14
Avropa İttifaqının Ermənistandakı missiyasını ABŞ generalı idarə edir - TƏFƏRRÜATLAR...

13.01.2025 | 19:59
Azərbaycan Avropadan Mərkəzi Asiyaya keçidi bağlaya bilər - qitənin daha bir çətin sınağı...

13.01.2025 | 19:46
Çayçılığın inkişafı üzrə 10 illik Dövlət proqramı iflasa gedir - Kənd Təsərrüfatı Nazirliyi hara baxır?

13.01.2025 | 19:32
Müəllimlərin maaşını vahid dövlət əmək haqqı cədvəlinə daxil etmək olmaz?

13.01.2025 | 19:18
Fransa Əlcəzair xalqına qarşı müharibəni hələ davam etdirir...

13.01.2025 | 19:05
İctimai və dövlət maraqlarının vəhdət şəklində qorunması Azərbaycanda uğurla həyata keçirilir

13.01.2025 | 18:52
Syerra-Leone Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

13.01.2025 | 18:50
SOCAR-ın 3-cü "partiya dollar istiqrazı"nı alanlar nə qazana, nə itirə bilər...

13.01.2025 | 18:37
Rəqəmsal valyutaların qanuniləşdirilməsi Azərbaycana böyük ziyanlar vuracaq(?)...

13.01.2025 | 18:23
Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

13.01.2025 | 18:20
Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

13.01.2025 | 18:09
Ermənilərin qədim dedikləri dövlət tarixindən bir sərkərdənin qəbri yoxdur - niyə?

13.01.2025 | 18:06
Səfirlik təkzib etdi - yeni səfir Birol Akgün Bakıya gəlməyib

13.01.2025 | 17:55
Şabranda hadisə - şagirdi məktəbdən qovmaq çıxış yoludur?...

13.01.2025 | 17:42
Tramp Putinlə görüşə hazırlaşır - Ukrayna üzrə nümayəndə isə belə sözlər danışır...

13.01.2025 | 17:30
Ucarda uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirildi

13.01.2025 | 17:29
Kilsənin bir addımlığında Azərbaycan əleyhinə hərbi istehkam - ermənilər köhnə taktikanı davam etdirir...

13.01.2025 | 17:26
Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

13.01.2025 | 17:15
Ukrayna 2022-ci ildə Gürcüstandan nə istəyib? - "Sonradan münasibətlər gərginləşdi..."

13.01.2025 | 17:03
Makronun dövlət vəsaitini mənimsəyən nazirinə iş açıldı

13.01.2025 | 16:50
Ukraynada 300-ə yaxın şimali koreyalı döyüşçü öldürülüb - Cənubi Koreya kəşfiyyatı açıqladı...

13.01.2025 | 16:35
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başladı

13.01.2025 | 16:30
Qarabağla bağlı əlyazmalar daha geniş tədqiq olunacaq

13.01.2025 | 16:06
Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər tarix məlum oldu

13.01.2025 | 15:53
Pentaqon ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif etdi

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031