"Bütün Azərbaycanda prezident seçkilərinin keçirilməsi əlamətdar məqamdır" - Latviyalı jurnalist
Azərbaycan güclü ölkədir və daha da güclü olacaq. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Latviyanın LETA milli agentliyinin rəhbəri Yuris Mendzins deyib.
"Bu, Azərbaycanda suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra keçirilən ilk seçkilərdir. Bu, əlamətdar məqamdır. Azərbaycan güclü ölkədir və daha da güclü olacaq", - o vurğulayıb.
Yuris Mendzins Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş bərpa işləri aparıldığını da əlavə edib.