“Rəy” Monitorinq Mərkəzi saat 16:00-a qədər olan "exit-poll" nəticəsini açıqladı
7 fevral 2024-ci il tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı "exit-poll"da saat 16:00 üçün iştirak göstəricisi açıqlanıb.
Trend xəbər verir ki, sözügedən "exit-poll"un apardığı müşahidələrə əsasən, saat 16:00-a kimi seçici aktivliyi 62,17% təşkil edir.