“Ukrayna “su tapançası” ilə döyüşməli olacaq” - Mişel Kiyevə silah yardımının dayandırılması çağırışlarından şoka düşüb
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib ki, Qərbin köməyi olmasa, Ukrayna “su tapançası” ilə döyüşməli olacaq. Xarici mediya yazır ki, Mişel Ukraynaya dəstəyi kəsmək çağırışlarını görüb şoka düşdüyünü bildirib.
Avropa Parlamentində sol təmayüllü deputatları tənqid edən Mişel deyib ki, Ukraynaya silah tədarükünü dayandırmalı olduğumuz barədə ifrat solçuların açıqlamaları məni məəttəl qoydu: “Nə istəyirsiniz? Ukraynalıların su tapançaları və yüksək səsli çıxışlarla özlərini müdafiə etməsini?".
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə Ukraynanı və ölkənin müdafiə sənayesini Avropanın hərbi potensialının bir hissəsi kimi gördüklərini bildirib. Von der Leyen bəyan edir ki, Ukrayna gələcəkdə Avropa Birliyinin müdafiə proqramlarına inteqrasiya olunacaq.
TAHİR