"Əgər siz amerikalıya zərər vursanız, cavab verəcəyik” - Baydendən BƏYANAT
"ABŞ İraq və Suriyadakı hədəfləri bombalayıb." Bu barədə ABŞ Prezidenti Co Baydenin cümə günü yaydığı yazılı bəyanatda bildirilir. Sənəddə deyilir: “Bu gün (2 fevral – red.) günortadan sonra Birləşmiş Ştatların Silahlı Qüvvələri mənim əmrimlə Suriya və İraqda SEPAH və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərə zərbələr endirib”.
Eyni zamanda, ABŞ Prezidenti qeyd edib ki, onun ölkəsi Yaxın Şərq regionunda və ya planetin heç bir yerində münaqişəyə can atmır: "Amma bizə ziyan vermək niyyətində olan hər kəs bilsin ki, əgər siz amerikalıya zərər vursanız, cavab verəcəyik”.
Mətıəb Salahov