Ermənistan yenə də Rusiyaya Aİ sanksiyalarından yan ötməyə kömək edir - BVF iqtisadçısı
Ermənistan yenə də Rusiyaya Avropa İttifaqının (Aİ) sanksiyalarından yan ötməyə kömək edir. Trend xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) iqtisadçısı, "Goldman Sachs"ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks "X" sosial şəbəkəsində deyib.
"Ermənistanın gömrük polisinin uzunmüddətli və şanlı tarixi ərzində heç vaxt Aİ-dən malların tədarükündə bu cür kütləvi artım uğurla işlənilməyib. Hələ bütün bu malların yenidən qablaşdırılaraq əvvəlcədən təyin olunduğu kimi, yenidən Moskvaya göndərilməsindən danışmıram", - o deyib.
Xatırladaq ki, 2023-cü ilin mart ayında ABŞ-ın üç departamenti - Ticarət, Xəzinədarlıq və Ədliyyə - Rusiyaya qarşı sanksiyalardan yayınma cəhdlərinin əlamətlərinin xarakteri ilə bağlı üçtərəfli bəyanat yayıb.
Sənədə əsasən, ən çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçmaq üçün üçüncü tərəf vasitəçilərindən və ya daşınma məntəqələrindən istifadə etməkdir.
Belə ki, Ermənistandan Qərbin sanksiyalarından yan keçərək qanunsuz olaraq Rusiya və ya Belarusa malların yönləndirilməsi üçün istifadə olunduğu üzə çıxıb.
ABŞ Ticarət Nazirliyi ötən ilin aprel ayında "milli təhlükəsizlik və ABŞ-ın xarici siyasətinin maraqlarına zidd hərəkətlərdə" iştirak edə biləcək 28 şirkətə ixrac məhdudiyyəti qoyub.