Qardaş Türkiyə də AŞPA-dakı fəaliyyətini dayandıracaqmı?....
Son günlər AŞPA-da Azərbaycan əleyhinə baş verən proseslər, bu qurumdan ölkəmizə qarşı səsləndirilən ədalətsiz və əsassız ittihamlar ən çox müzakirə olunan məsələdir. Bu baş verənlər fonunda qardaş Türkiyə Respublikasının qurumdakı nümayəndələrinin də hansı addımlar atacağları maraqla gözlənilən prosesdir.
Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə fikirlərini bölüşüb. Politoloq yazır: "Ən düzgünü o olardı ki, qardaş Türkiyənin AŞPA-dakı nümayəndə heyəti də Azərbaycan deputatları kimi hərəkət edəydilər və Azərbaycanla hınrəyl6k əlaməti olaraq AŞPA- dakı fəaliyyətlərini müvəqqəti dayandıraydılar. Niyə?
Çünki...
1 .Biz qardaş ölkələrik, dar gündə qardaş- qardaşın nümunəsini təkrar edər...
2.AŞPA- da Azərbaycandan daha çox, ən azı bizim qədər haqsızlığı qardaş Türkiyə yaşayıb və yaşayır.. İki il əvvəl qardaş ölkənin AŞPA-
nın Monitorinq Komitəsinin təkrar monitorinqinə qaytarılması barədə qərar verilmədimi? Hələ AŞPA-nın tarixində belə şey olmamışdı ki, bir ölkə monitorinq müddətini başa vurandan sonra təkrar monitorinq altına qaytarılsın. Ancaq bunu Türkiyəyə qarşı etdilər.
Qaradan artıq rəng olar?...."
Mətləb