Rahilə Mehtiyeva,QHT sədri- Biz “Yaşıl dünya naminə həmrəylik ili”nə hazırlıq işlərinə start veririk
Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsində üç mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib. Bildirilib ki, yolun layihələndirilməsi zamanı bir çox məzarlıq tikintinin altına düşdüyündən köçürülmə prosesi olub. Müvafiq qurumların nümayəndələri ilə birlikdə, həmçinin ölən şəxslərin yaxınlarının razılığı ilə müəyyən sənədləşmə işləri aparılıb. Beləliklə, 61 məzar, XVII əsrə aid olan ziyarətgah köçürülüb. Bundan başqa, Hacı Fətəli məscidinə toxunulmayıb, yol buradan yan keçib.
Qeyd olunub ki, məzarlıqların və ümumiyyətlə, tarixi yerlərin köçürülməsi zamanı ətraf mühitin qiymətləndirilməsi prosesi çox vacibdir. Bu, inkişaf layihələrinin cəmiyyət üçün daha sürətli və ən effektiv şəkildə nəticələnməsini təmin etməyə yardımçı olur.
İctimai dinləmədə sifarişçilər, layihə icraçıları, dövlət qurumları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edirlər.İctimai dinləmədə çıxış edən "Sosial -İqtisadi İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehtiyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edilməsi ilə əlaqədar olaraq, qeyd olunan ərazilərə ekoloji yönümlü birgə keçirilməsi nəzərdə tutulan bir neçə təkliflərini irəli sürdü. Ictimai Birlik eyni zananda bu barədə öz təklifəlirni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim etməyi nəzərdə tutub. Birliyimiz ətraf mühitin yaxşılaşdırılması bu tədbirlərin keçirilməsinə mart ayından strart verməyi plalaşdırır.
Mətləb