KÖHNƏ VERSİYA            

Tarixçi alim Tofiq Mustafazadə ilə Asif Mərzili razılığa gələ bilmir...

Image

AMEA-nın Tarix və Etnologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafazadənin 1986-cı ildə "XVIII əsrin 1-ci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi" adlı kitabı ətrafında müzakirələr hələ də davam edir. 

Tofiq Mustafazadə: "Sovet dövründə nəşr olunmuş kitabdan bəzi fikirləri kontekstdən çıxarıb qabartmaqla, müəlifi hədələməklə anlamır ki..." 

Qəzetimizin ötən sayında tanınmış alim T.Mustafazadənin fikirlərini işıqlandırdıq. Yazı dərc olunandan sonra alim bizimlə əlaqə saxlayıb bildirdi ki, açıqlamalardan sonra kitabı barədə məlumat yayanların ona qarşı hücumu artıb. 

"...Dünən siz mənə desəydiniz ki, cavabım çap olunacaq, heç bir açıqlama verməzdim. Ona görə yox ki, qəzetinizdə gedən yazı obyektiv olmayıb. Əksinə, doğru yazılıb. Elə buna görə də "Təzadlar"ı qıcıqlandırıb və onlar mənə qarşı hücumlarını və təhqirlərini gücləndiriblər. Məni düşmən dəyirmanına su tökməkdə ittiham edən Asif Mərzili sadəcə Vikipediyaya baxsaydı görərdi ki, mən erməni saxtakarlıqlarına qarşı müxtəlif beynəlxalq konfranslarda dəfələrlə çıxış etmişəm (o cümlədən, erməni mövqelərinin güclü olduğu Moskvada), onlarla məqalə dərc etdirmişəm. Bu mövzuda 4 əsərim (2-si xaricdə olmaqla, o cümlədən Varşavada ingiliscə) çap olunub. Respublika Prezidenti tərəfindən Dövlət mükafatı ilə təltif olunmuş "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi"  adlı kollektiv monoqrafiyanın baş redaktor müavini olmuşam. Hamısının titul vərəqlərinin surətini göndərəcəyəm. Bir nəfərin guya hüquqlarını müdafiə edən A.Mərzili bəs niyə görəsən 50 ilə yaxın yalnız elmlə və tədrislə məşğul olan bir agsaqqal alimi təhdid edir, ona qarşı böhtan və təhqir kampaniyasına rəvac verir? Sovet dövründə nəşr olunmuş kitabdan bəzi fikirləri konteksdən çıxarıb qabartmaqla, müəlifi hədələməklə anlamır ki, əslində bununla düşmən qüvvələrə bəhanə verir desinlər ki, Azərbaycanda həqiqəti deyən alimi sıxışdırırlar. Bu  kampaniyaya qoşulanlar kitabları məhv etməyə çağırırlar, halbuki, belə təcrübə yalnız nasist Almaniayasında olub. Səhvə yol vermişəm, buyursunlar tənqid eləsinlər, özləri doğrusunu yazsınlar. Yoxsa başa düşmürlər ki, belə sözlərlə ölkəmizin imicinə ləkə sala bilərlər"-deyə T. Mustafazadə bildirdi. 

Qeyd edək ki, sözügedən məlumat "Təzadlar"da gedib. Sayt yazıb ki, AMEA-nın adının çəkilməsini istəməyən professorlarından birinin "Təzadlar"a verdiyi məlumata görə, professor T.Mustafayev bu kitabında Azərbaycanın Qarabağ əhalisinin milliyətini erməni əhali kimi təqdim edib...

Asif Mərzili: "... Hər şey redaksiyaya daxil olmuş konkret şikayət və əlavə edilmiş sübutlara əsaslanır" 

Alimin açıqlamasına münasibət bildirən" Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili "Bakı-Xəbər"ə bunları dedi: " Bildirirəm ki, söhbət AMEA Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafayevin (Mustafazadə-Ə.T) 1986-cı ildə yazdığı  "XVIII əsrin 1-ci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi" adlı kitabında Azərbaycanın tarixi keçmişinin təhrifli formada təqdimatından gedir. Sizə təşəkkür edirəm ki, məsələyə dövləti maraqlarımızdan yanaşıb professordan mövqe öyrənmisiniz. Professor özü də etiraf edir ki, onun mübahisələndirilən kitabında tariximiz təhrif edilib. Yazır: "Təkcə mənim kitabımda deyil, Sovet dövrünün əksər kitablarında, bütün dərsliklərdə XVIII əsrdə Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı yazılmışdır...". 

Sual olunur: cənab tarixçi professor Sovet dövrünə düşən 1986-cı ili əlində bayraq edir ki, yəni o dövrün tələbi belə yazmaq idi...  Erməni yaramaz alim Aqambekyan 1986-87-də Fransa mətbuatında Qarabağın Ermənistana birləşdirilməsini yazırdı. Onda da Sovet dövrü idi. Necə olur ki, erməni yaramaz Sovet dövründə Ermənistana aid olmayanı erməni adına çıxır, Tofiq Mustafayev isə Azərbaycanın tarixən olanını erməni adına çıxarıb erməniləşdirir?! Aqambekyan kimi yaramazlar da belə elmi dərsliyi əsas tutub Qarabağın əhalisinin ermənilərdən ibarət olduğunu yazır, biz də başlayırıq təkzib etməyə ki, elə deyil. Amma görkəmli tarixçi alim Tofiq Mustafayev belə yazıb... Nəhayət: çox hörmətli professor deyir ki, guya biz ona qarşı qərəzliyik, onun vikipediyadakı elmi nailiyyətlərini görmək istəmirik və s. Guya o, direktor Kərim Şükürovu müdafiə etdiyinə görə, həm də guya onun yerinə göz dikmiş bəzi şəxslərin təhriki ilə qaragüruhçuların təhqirlərinə məruz qalmışdır.  Bir daha bildirirəm ki, hər şey redaksiyaya daxil olmuş konkret şikayət və əlavə edilmiş sübutlara əsaslanır. Belə ki, redaksiyaya AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlının şikayəti daxil oldu.

"Media haqqlnda" Qanunun tələblərinə uyğun olaraq həmin şikayəti institutun direktoru Kərim Şükürova göndərdik. Direktor bundan bərk əsəbiləşdi ki, niyə biz ona işçisinin şikayətini göndərib cavab xahiş edirik. Direktorun redaksiyanın elektron poçtuna göndərdiyi hədyanları olduğu kimi təqdim etməyə, sadəcə, utanırıq... Sonra məcburən, xanımın şikayətini, ardınca müsahibəsini təqdim etdik. İnstitutun mətbuat xidmətinin rəhbəri Nərminə Ağayeva, ardınca Şəhla adlı xanım... mənə zəng etdilər. Sonuncu bizi təhqir etməkdən çəkinmədi. Onun Günel Aslanlıya yazdıqlarının hər biri istintaqlıq və cinayət məsuliyyəti tələb edən təhqir və rüsvayçılıq dolu ifadələrdir... Bunu da qoyuram bir kənara, Kərim Şükürov AMEA kimi bir elm məbədinin adına hörmətsizlik nümayiş etdirməyində davam etdi. İki şöbə müdirini bizə cavab yazmağa məcbur etdi. Göndərdilər, onu da dərc etdik... Sonra mətləbə aidiyyəyi olmadığı halda, Tofiq Mustafayev bizi təhdid edən addımlar atmağa başladı. Onun elektron poçtumuza özünün elektron poçtundan göndərdiyi təhdid və təhqir dolu, aşağılayıcı mesajlarını sizə təqdim edə bilərəm... Bu barədə saytımızda etirazımızı bildirdik ki, tariximizlə məşğul olmalı bir institutda bu nədir baş verir... Sonra dilə gətirilməsi mümkünsüz təhqirləri və söyüşləri həm şikayətçi alim Günel Aslanlıya, həm də bizə göndərdilər. Mən Dövlət Təhlükəsizlik Xidmətinə bu barədə rəsmi müraciət etmişəm... Bundan sonra AMEA- dan redaksiyaya Tofiq Mustafayevin məlum kitabı barədə material daxil oldu... Kitabı çətinliklə də olsa tapdıq. Məlum oldu ki, Sovet dövrünün "tələblərini" bəhanə edən hörmətli professor Osmanlı Türkiyəsini quldurbaşı, erməniləri Qarabağın tarixi əhalisi və s. kimi təqdim edib. Özü də sizə açıqlamasında bunları etiraf edir. Bəli, biz məcburən yazdıq ki, erməni dəyirmanına su tökən və tutduğu kreslonu gözdən salmış, o yeri korlamış... bir adamın həmin korlanmış yerinə hansı ağıllı adam göz dikər?! Deyir ki, guya bizim yazdığımız sifarişdir. Milli dövlətçiliyimizi və tariximizi şübhə altına alan belə bir kitabı tənqid etmək üçün sifariş lazımdır? Guya Kərim Şükürovu müdafiə etdiyinə görə tənqid edilir... Axı Kərim Şükürovu kimdən və nədən müdafiə etdiyinə görə ona təzyiq edilməlidir? Onsuz da aidiyyəti dövlət qurumlarında direktor barədə artıq qərar verilib... Onu da deyim ki, görkəmli tarixçi alim Süleyman Əliyarlı Tofiq Mustafayevin 1986-cı ildə buraxdığı bu kitabının elmi mahiyyətini görən kimi o vaxt onu rədd etmiş və Azərbaycanın dövləti maraqlarına zidd olduğunu deyərək bu elmi məcmuənin qəti şəkildə yığışdırılmasımı məsləhət görmüşdü. Yəni Tofiq müəllim direktor Kərim Şükürovun gənc alim, yurdu işğal altında olan Günel Aslanlıya qarşı ədalətsiz münasibətinin süni qurbanına çevrilib. Axı direktora aid olan məsələyə niyə müdaxilə edirdi ki, sonra da elmi fəaliyyəti özünün ətrafı tərəfindən ictimailəşdiriləydi də... Tofiq müəllimin şəxsinə böyük hörmətimiz var, amma... Lazım olsaydı, Kərim Şükürov haqqında yazılanlara AMEA rəhbərliyi həmişə olduğu kimi, dərhal reaksiya verərdi. Bizə AMEA- dan gələn mesajlar isə deyir ki, o budəfəki direktor seçkisində çətin ki, istəyinə nail olsun. Çünki son qalmaqallardan Prezident Administrasiyasında da xəbərdardırlar... "

Yazıda adı keçən digər şəxslərin də mövqeyini işıqlandıra bilərik. 

Əli TURABOV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031