KÖHNƏ VERSİYA            

Uğurlu demoqrafiya siyasəti dinamik tərəqqinin əsasıdır...

Image

Müasir dünyada demoqrafik inkişaf məsələləri getdikcə daha çox aktuallıq qazanır. Dünya əhalisinin sürətli artımı, resurs çatışmazlığı, miqrasiya proseslərinin kəskin artması planetdə həyat səviyyəsinə və keyfiyyətinə ciddi təsir göstərir.

Bəzi ölkələrdə həddindən artıq demoqrafik artım, digərlərində isə əhalinin azalması qliobal miqyasda sosial təhlükəsizliyə müxtəlif təhdidlər yaradır. Alimlər çoxdan sübut ediblər ki, əhalinin sayı və dinamikası, demoqrafik vəziyyət təkcə sosial-iqtisadi deyil, həm də siyasi, ekoloji, etnomədəni və digər proseslərlə sıx bağlıdır. Eyni zamanda əhalinin sosial inkişaf üçün əhəmiyyəti əvəzsizdir.

Sosial-iqtisadi inkişafda demoqrafiya mühüm rol oynayır 

Beləliklə,  hər bir dövlətin sosial-iqtisadi inkişafında demoqrafik proseslərin rolu böyükdür və əhalinin artımının, yerləşməsinin, demoqrafik tərkibinin elmi cəhətdən öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Əhali həm istehsal qüvvəsi, həm də istehlakçı kimi cəmiyyətin inkişafında həlledici rol oynayır. istənilən ölkədə  sabit və səmərəli iqtisadiyyatın yaradılmasına yönəlmiş iqtisadi islahatların mərkəzində demoqrafik vəziyyət dayanır.

Azərbaycanda bu gün spesifik demoqrafik vəziyyət hökm sürür: bu, əhalinin artım tempinin, onun doğum sürətinin artması, ölüm nisbətinin azalması və eyni zamanda, əmək qabiliyyətli əhalinin sayının çoxalması ilə özünü göstərir. Hazırda Azərbaycanda demoqrafik vəziyyət uzunmüddətli əhəmiyyət kəsb edən bir sıra müsbət tendensiyalarla sabitlik ilə xarakterizə olunur. Respublikada orta dərəcədə genişlənmiş təkrar istehsala malik artan əhali var ki, bu da bütün iqtisadi və sosial münasibətlərin transformasiya sisteminin təsiri və reproduktiv davranışın dəyişməsi ilə əlaqədardır. Lakin bəzi məqamlar da diqqətdə yayınmır. Məsələn, hal-hazırda, şəhər və kənd əhalisinin reproduktiv davranışında ən əhəmiyyətli fərqlər bütün yaş qruplarında şəhər qadınları arasında müşahidə olunan doğum nisbətlərinin aşağı olmasıdır. Müşahidə olunan məhsuldarlığın azalması ananın doğum zamanı orta yaş həddinin artması ilə müşayiət olunur. Demoqrafik inkişafın yeni tendensiyaları qadınların ailədə və cəmiyyətdə statusunun əsaslı şəkildə dəyişməsi, onların istehsal fəaliyyətinə cəlb edilməsi, əhalinin təhsil və mədəniyyət səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Əhalinin təkrar istehsalında yeni meyllər cəmiyyətin yaş strukturuna faydalı təsir göstərir. Bu, xüsusilə əsas yaş qruplarının əhali nisbətinin dinamikasında nəzərə çarpır. Əhalinin ümumi tərkibində əmək qabiliyyətli əhalinin xüsusi çəkisi artır. Amma əhalinin yaş strukturunda dəyişikliklər təkcə demoqrafik deyil, həm də insanların həyat keyfiyyətinə birbaşa təsir edən iqtisadi nəticələrə malikdir. Onlar ilk növbədə respublikanın əmək potensialının yüksəldilməsini təmin edirlər. Beynəlxalq standartlara görə, Azərbaycanda gənc əhali, uşaqların, yeniyetmələrin və gənclərin yüksək nisbəti var. Bununla belə, reproduktiv proseslərin yeni tendensiyaları əhalinin yaş  strukturuna müəyyən təsir göstərir, onun formalaşması əhalinin təkrar istehsalının xüsusiyyətləri ilə qarşılıqlı əlaqədə olur. 2000-ci illərdə Azərbaycanda əldə edilmiş demoqrafik və iqtisadi artım arasında əlverişli tarazlıq müəyyən dərəcədə əhalinin yaş strukturunun yaxşılaşması ilə bağlı olub. Təbii ki, bu da müəyyən iqtisadi təsirlərini hiss etdirir. Əmək potensialı artır, iş qabiliyyətli əhalinin demoqrafik yükü azalır. Bu, iqtisadi artımın sürətləndirilməsi və həyat səviyyəsinin  yaxşılaşdırılması üçün real ilkin şərtlərdən biridir. Müstəqil dövlətin yaradılması və iqtisadiyyatın bazar islahatı prosesində həm qlobal proseslər, həm də respublika daxilində baş verən sosial-iqtisadi və siyasi transformasiyalar hesabına Azərbaycan əhalisinin xarici miqrasiyasında mühüm dəyişikliklər baş verir. Təsir gücünə görə fərqlənən müxtəlif amillərin mürəkkəb bir-birinə qarışması miqrasiya vəziyyətində kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu gün artıq Azərbaycan əhalisi nisbətən aşağı miqrasiya hərəkətliliyi ilə xarakterizə olunur.

Azərbaycanda ailə milli adət-ənənələrin qoruyucusu, şəxsiyyətin formalaşması və cəmiyyətin sağlam həyat tərzinin əsasını təşkil edir

O da faktdır ki, insanın dəyər sistemində ailə ən önəmlidir. Son onilliklərdə bir çox ölkələr ailə institutunda sosial böhran mərhələsinə qədəm qoyub. Bunu ailənin reproduktiv funksiyasının zəifləməsi, doğum səviyyəsinin kəskin azalması, subay insanlarının sayının artması, ailə və nikah münasibətlərinin qeyri-sabitliyi,  tək valideynli ailələrin sayının və nisbətinin artması da təsdiq edir. Nəticədə ailə dəyərlərinə, qohumluq əlaqələrinə əsaslanan ənənəvi ailə, nikah və valideyn münasibətləri məhv olur. Amma Azərbaycanda ailə ən mühüm həyat dəyəri, milli  adət-ənənələrin qoruyucusu, şəxsiyyətin formalaşması və cəmiyyətin sağlam həyat tərzinin əsası olmaqda davam edir. Araşdırmalara görə, burada ailənin və uşaqların dəyəri maddi rifahdan və ya digər həyat atributlarından daha yüksəkdir.

Lakin bir sıra problemlər də qeyd edilməlidir. Məsələn, rəsmi qadağalara və onun qarşısının alınması üçün görülən tədbirlərə baxmayaraq, erkən nikah problemi regionlarda aktual olaraq qalır. Erkən nikah problemi qlobal xarakter daşıyır. BMT ekspertlərinin hesablamalarına görə, müasir dünyada hər üçüncü gənc evli qadın 18 yaşına çatmamış ailə qurub. Azərbaycanda erkən nikahlar daha çox köhnə adət və ənənələrinin güclü olduğu kənd yerləri üçün xarakterikdir. Bir tərəfdən erkən nikahları mövcud ənənələr, digər tərəfdən isə iqtisadiyyatda və sosial həyatda bazar transformasiyalarından irəli gələn müasir həyatın yeni reallıqları müəyyən edir. Orta gəlirli ailələrdə maddi mülahizələr tez-tez erkən nikah üçün əhəmiyyətli motivasiya olur. Müvafiq olaraq, bölgələrdə ən gənc qızlar arasında doğum nisbəti artır. Erkən nikah problemi əsasən qızlara aiddir. Həm dünyada, həm də Azərbaycanda yetkinlik yaşına çatmayanlarla evlənən oğlanların sayı cüzidir. Bununla yanaşı, ailə-nikah münasibətlərinin inkişafında xoşagəlməz tendensiya boşanmaların artmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 49 549 nikah, 19 761 boşanma halları qeydə alınıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. Boşanmalar əsasən böyük şəhərlərdə və xüsusilə Bakı şəhərində geniş miqyasda baş verir. Hər il paytaxt əhalisinin boşanma səviyyəsi respublika üzrə orta səviyyəni xeyli üstələyir. Bundan başqa, boşanmaların yarıdan çoxu uşaqlı ailələrdə baş verir. Düzdür, boşanmaların sayına görə Azərbaycan dünyanın bir çox ölkələri ilə müqayisədə yaxşıdır. Bununla belə, bir çox ölkələrin təcrübəsinə əsasən, boşanmaların sayının artması sabit tendensiyaya çevrilir. Bunun Azərbaycana sirayət etməsinin qaşıs alınmalıdır. İndilikdə Azərbaycanda demoqrafik vəziyyət nisbətən əlverişli qalmaqda davam edir. Respublikanın müasir demoqrafik inkişafı qlobal qanunauyğunluqlara uyğun baş verir. Mövcud problemlər fəlakətli xarakter daşımır və demoqrafik proseslərin daha effektiv idarə olunmasını təmin etməklə aradan qaldırıla bilər.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

SON XƏBƏRLƏR

12.09.2024 | 12:44
Bələdiyyələr vətəndaşlara qarşı kütləvi qanunsuzluğa başlayıblar- qanunsuzluğa icra məmurları da cəlb edilib....

12.09.2024 | 12:24
Vilayət Eyvazov polkovnik- leytenantı rəis təyin etdi...

12.09.2024 | 12:00
Son 1 gün! - sabah Formula 1 Azərbaycan Qran-Prisi başlayır

12.09.2024 | 11:30
İngiltərə millisini kim çalışdıracaq? - siyahıda məşhur məşqçilər var...

12.09.2024 | 11:16
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesi ilə görüşüb

12.09.2024 | 11:05
Bakıda bir neçə obyektdə yanğın olub - FHN məlumat yaydı

12.09.2024 | 11:00
Yol polisi "Formula 1 Azərbaycan Qran Prisi”nə görə sürücülərə müaricət etdi

12.09.2024 | 10:32
Şuşaya növbəti infotur təşkil edilib

12.09.2024 | 10:30
Gələn həftə bu ilin ikinci ay tutulması olacaq

12.09.2024 | 10:20
Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi

12.09.2024 | 10:16
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var

12.09.2024 | 10:06
Daha bir ölkə uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edir

12.09.2024 | 10:00
Bu gün Bakının 3 rayonunda qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

12.09.2024 | 09:33
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - TƏCİLİ

12.09.2024 | 09:31
Şagirdlərimiz Azərbaycan tarixini hansı dildə öyrənməlidir - mübahisə və nazirin qərarı...

12.09.2024 | 09:30
Messinin zədəsi sağalmır - klub rəhbərliyi bərk narahatdır...

12.09.2024 | 09:20
İlk adı "Yoksulluk" idi, dəyişib "Sahipsizler" oldu...

12.09.2024 | 09:15
Norveçdən Türkiyə QƏRARI - bütün məhdudiyyətləri aradan qaldırdı

12.09.2024 | 09:06
Narkotiklərin təsiri altında avtomobil sürürdülər, yaxalandılar...

12.09.2024 | 09:00
ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə yardım paketi ayırıb - Antoni Blinken Kiyevdə bəyan etdi

12.09.2024 | 08:39
Məşhur "BNA" Bakıda taksi dayanacaqlarını necə ləğv etdisə, hələ də bərpa oluna bilmir...

12.09.2024 | 00:19
Ukrayna Qara dənizdə Rusiyanın qazma platformasını ələ keçirməyə cəhd etdi, ancaq çoxlu itki verib geri çəkildi...

11.09.2024 | 23:17
Rəsmi Bakıdan Avropa İttifaqının qərəzli bəyanatına tutarlı cavab....

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30