KÖHNƏ VERSİYA            

“Tik-tok", "İnstagram" səhnəcikləri yeniyetmələri potensial cinayətkara çevirir...

Image

Məlum olduğu kimi, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Bu hadisə orta ümumtəhsil məktəblərində təhsil alanların, xüsusilə də yuxarı sinif şagirdlərinin davranışlarına nəzarət edilməsi məsələsini yenidən gündəmə gətirib. Təəssüf ki, belə hallar son vaxtlar tez-tez təkrarlanır. Şagirdlər təhsil almaq əvəzinə, cinayət aləminə yönəlir, sinif yoldaşlarına qarşı şiddət tətbiq edir, cinayət tərkibli hadisələr, hətta qətl törədirlər. Onların bir-birini bıçaqlaması, ciddi xəsarətlər yetirməsi, ümumiyyətlə, belə halların artması cəmiyyət tərəfindən də böyük narahatlıq və narazılıqla qarşılanır.

Sosial şəbəkə dövrü olduğunu nəzərə alsaq, "Tik-tok", "İnstagram" kimi sosial şəbəkələrdə “vor”, kriminal ailəmlə bağlı videolar, mahnılar, meyxanalar yayımlanır. Bunların 15-17 yaşlı məktəblilərin, xüsusilə oğlan uşaqlarının üzərində təsiri nə qədərdir?

Könül İsmayılova: “Valideynlər də övladlarının nəyə baxdığına nəzarət etmir və nəticədə “Tik-tok” tərbiyəli uşaqlar formalaşır” 

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yeniyetmələrin hazırda ən çox istifadə etdiyi sosial şəbəkə “Tik-tok” platformasıdır. Ora daxil olan zaman da qarşıya çıxan ilk video məhz kriminal aləmlə bağlıdır. Məktəblilərin isə düşüncələri hələ tam formalaşmadığından onlar müsbət informasiyalar almaq əvəzinə bu kimi məlumatlara daha çox maraq göstərirlər. Valideynlər də övladlarının nəyə baxdığına nəzarət etmir və nəticədə “Tik-tok” tərbiyəli uşaqlar formalaşır: “Eyni zamanda yeniyetməlik dövründə hər bir şagirdin özünə örnək götürdüyü, bənzəmək istədiyi qəhrəmana ehtiyacı olur. Bizim öz qəhrəmanlarımızı yetərincə tanıda bilməməyimiz nəticədə gənclərimizin bu cür “avtoritetlər”ə maraq göstərməsi, rəğbət bəsləməsinə gətirib çıxarır. Bu halların qarşısını almaq üçün biz müxtəlif addımlar atmalıyıq. Məsələn, milli qəhrəmanlarımızın animasiyalarını hazırlamalıyıq ki, şagirdlər onları daha yaxından tanısın və nümunə götürsün. Hazırda informasiya məkanımızda bu yoxdur. Bu cür qəhrəmanları biz yetəri qədər tanıda bilməmişik”.

Nadir İsrafilov: “Məktəb və valideynin əlindən gələn o ola bilər ki, imkanları daxilində yeniyetmə və gəncləri sosial şəbəkə asılılığından təcrid etmək üçün əməli tədbirlər həyata keçirsinlər”

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ, məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib: “Məktəblərimizdə zorakılıq hallarına dair, xüsusilə yaxın son illər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən: görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası" adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Xatırladım ki, bir müddət əvvəl Tovuz rayonunun 13 yaşlı sakini Əfsanə Tağıyevanın ərə getmək məqsədilə Xaçmazdan olan 44 yaşlı kişinin yanına qaçması cəmiyyətdə ciddi rezonans doğurdu. Yeniyetmə qızın təhsilə fokuslanmaq əvəzinə ərə getmək istəyi haradan yaranıb, bu məsələdə günahkar təkcə valideynlərdirmi? Bəs, onun oxuduğu məktəb hansı yanlışlıqlara yol verib ki, şagird təhsildən uzaqlaşıb yanlış istiqamətlərə yönəlib? Kimi məktəbi, kimi valideyni qınamaqla məsələyə “xitam” verdik. Günahkarın kim olduğunu araşdırıb qiymət vermək hüquq-mühafizə orqanlarının işidir. Bizim vəzifəmiz günahkar axtarmaq yox, günaha yol açan səbəbləri axtarmaqdır. Nə qədər ki, "günahı" doğuran səbəblər araşdırılıb tapılmayacaq, "günahkar" axtarışı da bir o qədər davam edəcək.

Sonuncu dəfə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdinin məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanması bir sıra sualların yaranmasına səbəb olur. Niyə əvvəlcədən aralarında ixtilaf olduğunu həm məktəbdə, həm ailədə bildikləri halda qabaqlayıcı tədbirlər görülməyib? Bir halda ki, ilkin ehtimala görə, hadisə qız üstündə baş verib, deməli bu hal mütləq şəkildə həm ailə tərəfindən, həm də məktəb mühitində özünü büruzə verməyə bilməzdi. Ümumiyyətlə, hadisənin məktəbin daxilində deyil, qarşısında baş verməsi heç də məktəbin rolunu və məsuliyyətini azaltmır”. 

Həmsöhbətimiz onu da əlavə etdi ki, yeniyetmələrin virtual aləmə ifrat dərəcədə meyl etməsi, günün böyük hissəsini sosial şəbəkələrdə keçirməsi, sosial platformalardakı yazışmaları və telekanallarda yayımlanan şou xarakterli bayağı evlilik proqramlarının əks təsiri bu kimi fəsadlara yol açır. Dünyanın bir çox ölkəsində “Tik-Tok” platformasına qadağa qoyulub və bu kimi qadağalar davam etməkdədir: “Məktəb və valideynin əlindən gələn isə o ola bilər ki, imkanları daxilində yeniyetmə və gəncləri sosial şəbəkə asılılığından təcrid etmək üçün əməli tədbirlər həyata keçirsinlər. Eyni zamanda, uşaqlara və yeniyetmələrə onların əsas vəzifələrinin oxumaq, təhsillərini başa vurmaq, özlərinə müəyyən karyera qurmaq olmasının vacibliyini anlatsınlar”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031