Türkiyə İsveçin NATO üzvlüyünə "yaşıl işıq" yandırdı - Kremldən ilk reaksiya...
Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzvlüyünün ratifikasiya edilməsinin lehinə səs verib. “Anadolu” agentliyi yazır ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini təsdiq edib.
Sənədin lehinə 287, əleyhinə isə 55 deputat səs verib.
Növbəti mərhələdə sənəd Türkiyə Prezidenti Ərdoğan tərəfindən imzalanmalıdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasına razılıq verməsinə münasibət bildirib. Peskov bildirib ki, bu Ankaranın suveren qərarıdır, digər tərəfdən, onun müttəfiqləri qarşısında öhdəlikləri var.
"Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür" deyən Peskov bunun tamamilə açıq bir fakt olduğunu dilə gətirib.
Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.
TAHİR